Ekopublika.az
700 kq-a yaxın yararsız məhsullar satışdan çıxarılıb
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında
monitorinqlər davam etdirilir.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə
verilən məlumata görə, Bakının Suraxanı, Nərimanov rayonlarında,
Zaqatala, Şəki, Tovuz, Ağcabədi, Yevlax, Zərdab, İsmayıllı, Şamaxı,
Qusar şəhərlərində, Lənkəran rayonunda aparılan növbəti yoxlamalar
zamanı 700 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ
sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub,
satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların
satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli
telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının
Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat
Mərkəzinə məlumat vermələri xahiş olunur.
-
Region17:10
Ermənistanda 2 nəfər öldü, 300 nəfər təxliyə edildi - Paşinyan fəlakət bölgəsinə getdi - YENİLƏNDİ
-
Hadisə16:27
Kür çayı məcradan çıxıb - FHN məlumat yaydı
-
Qoroskop13:20
Bu gündən bütün bürclərin taleyi dəyişir: 2025-ci ilin iyununa qədər bunlar BAŞ VERƏCƏK
-
Hadisə12:50
Qazaxda iki çay daşdı, bəzi əraziləri su basdı
-
Ekologiya11:50
Bakıda tozlu hava şəraiti nə qədər davam edəcək?
-
Hadisə10:30
Bakıda binada yanğın: sakinlər təxliyə edildi
-
Nida Xəbər 10:24
Ermənistan ordusu Qazaxla sərhəddən çəkilmir? – Bəyanat yaydılar
-
Sosial10:08
Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?