Banklar
Azərbaycanda iki bankın ləğv prosesi tamamlandı
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) ləğvedici funksiyasını həyata keçirməyə başladığı dövr ərzində ilk dəfə bu il ləğv prosesində olan iki bankın - "Azərbaycan Kredit Bankı" ASC və "Borçalı" KB-nin ləğv prosesinin yekunlaşdırılması ilə bağlı işlər başa çatdırılıb.
Bu barədə Publika.az-a ƏSF-dən bildirilib.
"2024-cü ilin əvvəlində fondun ləğvetməsində 23 bank olub, onlardan altısı üzrə bu prosesin başlanması 2020-ci ildən sonrakı dövrə təsadüf edib.
"İki bankın - "Azərbaycan Kredit Bankı" ASC və "Borçalı" KB-nin ləğv prosesi yekunlaşdırılıb. Digər dörd bank - "Royalbank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Gəncəbank" ASC və "Dəmirbank" ASC üzrə isə sonuncu növbədə olan təminatsız kreditor tələblərinin ödənilməsi icra edilir. 2020-ci ildən hazırkı vaxtadək olan dövr ərzində sığorta hadisəsi baş vermiş altı bankın əmanətçilərinə 893 milyon 598 min 111 manat ekvivalentində kompensasiya, fonda ləğvetmə funksiyasının həvalə edildiyi dövr ərzində isə ləğv prosesində olan bankların öhdəlikləri üzrə sonuncu növbəlilikdə olan kreditorlarına ümumilikdə 32 milyon 236 min 851 manat məbləğində vəsait ödənilib və bu proses davam edir", - deyə ƏSF-dən bildirilib.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanması məqsədləri üçün 2007-ci ildə yaradılıb. "Banklar haqqında" qanuna əsasən 2017-ci ildə ƏSF-yə əlavə olaraq bankların ləğvetmə funksiyası həvalə edilib. Sözügedən funksiyanın həvalə edilməsi ilə fond ləğv prosesində olan bankların aktivlərinin idarəedilməsini həyata keçirərək bankların digər şəxslər qarşısında olan öhdəliklərinin icra edilməsi və qalan aktivlərin bank səhmdarları arasında bölüşdürülərək ləğv prosesinin mümkün qədər sürətlə və effektiv şəkildə başa çatdırılması vəzifəsini də yerinə yetirməyə başlayıb.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü






.png)











.jpg)
.jpg)



.jpg)















