Ekopublika.az
Nazirlər Kabineti dəyişiklik etdi
Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və
beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi
normalarına dəyişiklik edilib. Publika.az-ın Nazirlər Kabinetinə
istinadən verdiyi xəbərə görə, dəyişiklik Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli
qərarında edilib.
"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq
və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik
götürülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli
Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və
beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsi
Normaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2007-ci il 18 yanvar tarixli 7 nömrəli
qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007,
№ 1, maddə 51) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissədə "respublika" sözü "ölkə" sözü ilə əvəz
edilsin.
2. Həmin qərarla təsdiq edilmiş "Vahid təqvim planına uyğun olaraq
keçirilən respublika və beynəlxalq gənclər tədbirləri üçün
vəsaitlərin xərclənməsi Normaları" üzrə:
2.1. adında "respublika" sözü "ölkə" sözü ilə əvəz edilsin;
2.2. 1 nömrəli cədvəlin adında "Respublika" sözü "Ölkə" sözü ilə
əvəz edilsin”.
Gülnar Əliyeva
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi