Ekopublika.az
Mərkəzi Bank ilə BVF arasında əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub

Mərkəzi Bankın sədri Elman Rüstəmov Raja Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyasının nümayəndə heyətini qəbul edib.
Publika.az xəbər verir ki, görüş zamanı cari il üzrə ən son makroiqtisadi inkişaf və 2014-2015-ci illər üçün gələcək planlar, dünya iqtisadiyyatında inkişafın təsiri və iqtisadi perspektivlər üçün əsas risklər, bank nəzarətinin gücləndirilməsinə dair ən son prudensial tədbirlər, 2015-ci ilin əvvəllərində həyata keçiriləcək Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramına (FSAP) hazırlıqlar və bank sektorunda davam etməkdə olan kapitallaşdırma və konsolidasiya prosesləri də daxil olmaqla bank sisteminə dair məsələlər müzakirə edilib.
E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verib. Cari ildə və orta müddətli perspektivdə iqtisadi artım və qiymət sabitliyi hədəfləri arasında pul siyasətinin effektiv şəkildə tarazlaşdırılacağını qeyd edən E.Rüstəmov həmçinin pul siyasəti və makroprudensial siyasətin sinxronlaşması, “kontrtsiklik bank nəzarəti” çərçivəsinin formalaşması, maliyyə sektorunun hərarətinin tənzimlənməsi, banklarda aktivlərin artım hədəfləri ilə dayanıqlıq hədəfləri arasında optimal tarazlığın təmin olunması məsələlərini xüsusilə diqqətə çatdırdı. E.Rüstəmov son dövrlər regionda baş verən hadisələrin və dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsiri barədə də fikirlərini bildirib. Bununla belə qeyd olunub ki, ölkədə iqtisadi artım davam edir və bu artım qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub. Son 10 ildə ölkə iqtisadiyyatı 3.4 dəfə artıb ki, bu da ölkə tarixində ən yüksək göstəricidir.
Öz növbəsində BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Raja Almarzoqi cari ildə ölkəmizdə müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirib. O, ölkəmizin qarşısında duran qısa və orta müddətli çağırışlara nəzər yetirərək, BVF-nin bu istiqamətlər üzrə Azərbaycanla birgə səyləri barədə fikir mübadiləsi aparıb.
Görüşdə həmçinin Mərkəzi Bankla BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.
İqtisadiyyat şöbəsi

-
Region02:42
Ərdoğan TRT-nin rəhbərini dəyişdirdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Göy bizə bir açar verəcək
-
Region12 İyul 23:36
Xameneinin nümayəndəsi faciəvi şəkildə ÖLDÜ
-
Magazin212 İyul 21:36
Dua Lipadan cəsarətli poza - FOTO
-
Magazin212 İyul 21:00
Acunun görün nə qədər borcu var - Ödəməkdə çətinlik çəkir
-
Səhiyyə12 İyul 20:12
Onun mədəsindən 27 alışqan çıxarıldı - UNİKAL ƏMƏLİYYAT
-
Magazin112 İyul 19:36
Tanınmış tiktoker qaydaları yenidən pozdu - VİDEO
-
İdman12 İyul 18:15
Neymar 1,5 milyon dollara bu avtomobili aldı