Ekopublika.az
Şahin Mustafayev BVF-nun Azərbaycan üzrə missiyası ilə görüşüb
Oktyabrın 23-də iqtisadiyyat və sənaye naziri Şahin
Mustafayevlə Raja Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta
Fondunun (BVF) Azərbaycan üzrə missiyası ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı, həyata keçirilən layihələr və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hədəfləri barədə məlumat verib, ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, qeyri-neft sektorundakı dinamik artımı, ölkənin iqtisadi inkişafında özəl bölmənin rolunun artdığını diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan iri infrastruktur layihələrinin, bu
günlərdə Bakıda təməlqoyma mərasimi keçirilmiş Cənub Qaz Dəhlizinin
təşəbbüskarı və fəal iştirakçısıdır. Qlobal iqtisadi böhran
şəraitində Azərbaycan iqtisadiyyatı mənfi xarici iqtisadi təsirlərə
dayanıqlılıq nümayiş etdirib. Hazırda ölkənin xarici borcunun
ÜDM-yə nisbəti 8%-dir.
2014-cü ilin Azərbaycanda “Sənaye ili” elan edildiyini, bu sahədə
müvafiq Tədbirlər Planının həyata keçirildiyini qeyd edən
Ş.Mustafayev hazırda sənaye parklarının və məhəllələrinin
yaradılması istiqamətində işlərin görüldüyünü, dəmir filizinin
hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək
polad istehsalı kompleksi və müasir texnologiyalara əsaslanan
sənaye müəssisələrinin yaradıldığını bildirib.
Qeyd edilib ki, nəzərdə tutulan dövlət dəstəyi tədbirləri
(müvafiq infrastrukturun yaradılması, vergi güzəştləri və s.) özəl
bölmənin, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafına
hesablanıb.
Görüşdə missiya üzvləri tərəfindən diversifikasiya, dövlət
xərcləri, inflyasiyanın hədəflənməsinə dair BVF-nin gələcəkdə
aparacağı təhlillər barədə təqdimatlar keçirilib.
Görüşdə, həmçinin missiya üzvlərinin sualları cavablandırılıb,
iqtisadi inkişafın perspektivləri barədə fikir mübadiləsi
aparılıb.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO