Ekopublika.az
"Endirim" kampaniyasının fırıldağı
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhərində aparılan yoxalmalar zamanı "endirim" kampaniyası adı altlnda istehlakçıların aldadıldığı məlum olub.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Xidmətin Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, ev 134, mənzil 31 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov Etibar Əli oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilib.
Belə ki, satışda olan bütün malların qiymətinə 30% endirim tətbiq edilməsi barədə mağazanın vitrin pəncərəsində reklam yayımlansa da, satışda olan bütün malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub.
Bundan başqa, qeyd olunan reklamın aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamın yayımı dayandırılıb.
Qanun pozuntusuna yol vermiş fiziki şəxs Etibar Məmmədov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO