Azərbaycanın əsas qeyri-neft ixrac bazarları - İlk beşlik
Bizi izləyin

Ekopublika.az

Azərbaycanın əsas qeyri-neft ixrac bazarları - İlk beşlik

Bu ilin yanvar-avqust aylarında ölkənin TOP-5 əsas qeyri-neft ixrac bazarları sırasına Rusiya, Türkiyə, Gürcüstan, ABŞ və İsveçrə daxil olub.

Publika.az xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, hesabat dövründə 1 514,0 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Yanvar-avqust aylarında Rusiyaya 752 milyon dollar, Türkiyəyə 395 milyon dollar, Gürcüstana 158 milyon dollar, ABŞ-yə 109 milyon dollar, İsveçrəyə isə 100 milyon dollar dəyərində məhsul tədarük edilib.

Cari ilin ilk 8 ayında qeyri-neft məhsullarının əsas 5 kateqoriyasına pomidor (ixrac dəyəri 139,5 milyon dollar), pambıq lifi (138,5 milyon dollar), qızıl (96,1 milyon dollar), azot gübrəsi (78,7 milyon dollar) və alüminium ərintilərindən piltələr (72,4 milyon dollar) daxildir. 2023-cü ilin müvafiq dövrünün göstəricilərinə nisbətdə pomidorun ixrac dəyəri 12,3 faiz, pambıq lifinin 66,1 faiz, qızılın 26,3 faiz, azot gübrəsinin 88 faiz, alüminium piltələrin isə 2,6 dəfə artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm