Ekopublika.az
Azərbaycan Gürcüstandan bahalı avtomobillər alan ikinci ölkə oldu
Ötən il Azərbaycan Gürcüstandan ən bahalı minik avtomobilləri idxal edən ikinci ölkə olub.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın “BusinessPressNews” nəşri yazıb.
Ötən il qonşu ölkədən Azərbaycana ixrac olunmuş avtomobillərin orta qiyməti 22,6 min ABŞ dolları təşkil edib.
Siyahıda birinci yerdə Qırğızıstandır. Bu ölkəyə göndərilən avtomobillərin orta qiyməti 34,6 min ABŞ dollarına bərabər olub.
İlk beşlikdə daha sonra Ermənistan (19,9 min ABŞ dolları), Tacikistan (16,2 min ABŞ dolları) və Qazaxıstan (15,3 min ABŞ dolları) yer alıb.
Qeyd edək ki, ötən il Azərbaycan Gürcüstandan 290,1 milyon ABŞ dolları dəyərində 12 849 ədəd minik avtomobili idxal edib.
(Teleqraf)
-
Region12:02Türkiyə-Ermənistan sərhədi açılır? – Ankaradakı mənbə ruslara deyib ki...
-
İdman11:17ÇL-in finalında həlledici penaltini vuran ulduzun uğur mələyi - FOTOLAR
-
Dünya10:30Trampın kürəkəninin milyardlıq layihəsi bu ölkəni qarışdırdı: "Flaminqo üsyanı" başladı
-
ABŞ10:00Tramp müsahibə zamanı qəzəbləndi: Aparıcıya "əxlaqsızsan" deyib, verilişi tərk etdi
-
İdman09:48DÇ-2026-dan öncə qalmaqal: Özbəklərlə cinayətkarlar kimi davrandılar - VİDEO
-
Sosial08:37Bakının mərkəzinə axışıblar – Qanun var, amma yığıb-yığışdırmaq olmur!
-
ABŞ08:10Tramp NBA finalında fitə basıldı - Azarkeşlə polis arasında toqquşma
-
Sosial07:35Pensiya və sosial müavinətlərlə bağlı yenilik





































