Ekopublika.az
Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 30-da 50,89 dollar/barel təşkil edib.
1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə günü Trend-ə verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axçamına nisbətən 0,75 dollar/barel artıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.
ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB basizi üzrə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 30-da 49,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,72 dollar/barel çoxdur.
Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 30-da 46,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,93 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti yanvarın 30-da 47,86 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,8 dollar/barel çoxdur.
-
Dünya21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ