Köşə
Zindandan anama məktub
Leyla Sarabi
Salam… Uzun müddət sonra sənə yenidən yazmaq bir az çətindir, əlim yadırğayıb elə bil. Amma bu uşaq vərdişimizdən əl çəkə bilmirəm. Doğum gününü yenə hamıdan öncə təbrik etmək istədim. Yadındadı, hər dəfə yeni günə bir dəqiqə işləmiş bir-birimizə eşq etirafnaməsi yazardıq, ürəyimiz soyumazdı, üstəlik zəng vurub səsimizi eşidərdik. Səhər açılan kimi də bir yığın məhəbbət, bir qucaq həsrət dolu səsli mesaj göndərərdik.
Çox tələsik getdin. Biz də səndən küsdük. Küsməklə də qalmadıq, bütün əşyalarını yığıb, evi boşaltdıq. Səni xatırladacaq heç nə saxlamadıq. İşdi, bir gün qayıtsan, gərək yenidən yuva qurasan.
Əslində, bir-iki şey saxladıq. Həvəslə alıb, heç geyinmədiyin qaraya-boza bürünən uzun jaketini xatırlayırsan? Bax, onu mən götürdüm. Sevə-sevə alıb, heç vurmadığın ətirini səndən aldığım kimi. Son damlasına qədər bitirmişdim o ətiri. Hərdən minnətlə sənin də üstünə sıxırdım. Amma bu jaketi geyinə bilmirəm. Köhnəlməyindən qorxuram yəqin. Yatağımın başındakı dolaba qoymuşam. Hərdən götürüb, çiynimə atıram, güzgüdə uzun-uzun özümə baxıram. Sonra tez büküb, yerinə qoyuram. Sənli xatirələrim kimi...
Sən gedəndən güzgü ilə də yola getmirəm. O da qəsdimə durub, elə hey xəstəhal görür məni.
Yəqin inciməzsən, amma hərdən cizgilərini unuduram. Tez qaçıb, şəklinə baxıram. Bütün sözünü-söhbətini xatırlasam da, ara-sıra səsin də çıxır yadımdan. Unutmadığım bir şey var, qızdırmalı alnıma yapışdırdığın buz kimi ovcunun ətri. Əlinin o sazaqlı hərarəti hələ də alnımı yandırır.
Yuxu ilə gerçək arasında bir an var: nə tam yuxuda, nə də oyaq olduğun bir göz qırpımı. Onu hiss etmək üçün gərək sinirlərin solsun. Bilirsən, o an məndə çoxalıb. Hər dəfə də bir kişi qulağıma yoxluğunu pıçıldayır, ürəyimin döyüntüsünü beynimdə hiss edirəm. Əminəm, o müəmma çox çəksə, insan ölə də bilər, amma mən hər dəfə oyanıram.
Nə isə… azad dünyana zindandan məktub göndərmək asan deyil. Qəfəsimi qıranda məni ilk sən qarşıla.
Əbədi Sevincimə…
-
İdman00:15Günün ULDUZ FALI - Təşəbbüvü ələ ala bilərsiniz
-
İdman25 Avqust 23:45"Qarabağ" "Sabah"ı belə təbrik etdi
-
Sosial25 Avqust 23:12Sabah 9 rayonun bəzi əraziləri işıqsız qalacaq
-
İdman25 Avqust 22:55Kantri musiqisinin ikonası vəfat etdi
-
İKT25 Avqust 22:30“Telegram”dan möhtəşəm yeniliklər
-
Magazin125 Avqust 22:15Elgiz Əkbər bu verilişlə geri dönür - VİDEO
-
Sosial25 Avqust 20:24Elxan Mütəllimova yüksək vəzifə verildi
-
İdman25 Avqust 20:00“Sabah” “Hapoel”ə qarşı - Start heyətlər bəlli oldu





















.jpg)













.jpg)
.jpg)