Köşə
Paparazzi əslində kim olub?
Sən də bilirsən ki, heç kim təmənnasız yaxşılığa meyl eləmir. Gizlətmək istədiklərini də öz təşəbbüsləri ilə gəlib çəkən paparazzilər sosial şəbəkə platformalarına paylayır.
Paparazzi dedim, yadıma düşdü. Elə-belə məlumat üçün xatırladım ki, bu termin Federiko Fellininin “Şirin həyat” filmindəki fotoqraf Paparazzonun adı ilə bağlıdır. Obrazın prototipi rejissorun yaxın dostu imiş. İtaliyada bu qəbildən olan qadın jurnalistlərə paparazza, kişilərə isə paparazzo deyirlər. Bu da məndən sizə xırdaca informasiya. Yox! Təşəkkür etməyə ehtiyac yoxdur.
Zənnimcə, hətta dünyanın göz qamaşdırıb, əl yandıran bütün ulduzları istər paparazza, istərsə də paparazzonun köməyilə cəmiyyətə özünü göstərmək istədiklərindən bir qram artığını da ötürmür. Yəni sən bu gün məni pərəstişkarıma qəribə, acı, kəmşirin təqdim edirsənsə, demək, sənlə bölüşmək istədiklərimin tamamı budur.
Ümumiyyətlə, əsrlər boyu nə qədər müdrik kəlamlar formalaşdırsaq da, başqasının başına çəkəcəyimiz sığalın da, cibimizdəki rəqəmdən bir hissənin qarşı tərəfə qurban verməyin də bəxşiş limiti var. Kiminə bir az çox, kiminə lap duz çimdiyi qədər...
İstənilən halda əsas odur, lap barmaq ucunda olsa da, ölməyən insanlığımızla öyünə bilirik. Bəmbəyaz əbaya bürünsək də bir gün səbrimizin əcəl zəngi oyanır. Bəlkə də əslində biz yaxşıyıq, qarşı tərəfin vecsizliyindən hiddətlənib ikimizin yerinə də özümüzdən acıq çıxırıq. Bəlkə də möhtac olduğumuz quru sağ ol deyil, yamyaş təşəkkürdür. Biz onu eşitməyəndə, özgüvənimiz də laxlayır.
Bu gün heç analar da övladlarını təmənnasız sevmir. Etiraf edək, bu gün körpələr də dünyanın hər hiyləsini görüb gəlir. Sanki haradasa yaşayıb, inciyib-incidib, ağlayıb-böyüyüb təzədən bükülüb girirlər ana bətninə.
İnsan beyni informasiya yükündən göynəyir. İnsan dərisi vaxtından tez qırışır. Sümüyümüz ovulub ötən zamanımızla sovrulur.
Və biz elə hey nəisə gözləyirik. Birindən təşəkkür, başqasından boş zaman, dolu pul kisəsi, bol sevgi dolu təşəkkür. Bu gözləntilərin içində də özümüzdən arınıb, başqa-başqa cisimlərə doluruq.
Leyla Sarabi
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































