Köşə
Dünyanın ən məşhur dəlisini özünə aşiq edən rus qızı
Məsələn, bir kişi səni sonsuz sevsin deyə üzündəki qırışları ütüləyib, burnunun bir hissəsini tibbin arxivinə qurban verə bilərsən. Məsələn, bir kişi səni qoyub başqasına qaçmasın deyə, əlinə keçən beş-üç manatı şeytanın yolunu düyünləyən üsullara xərcləyə bilərsən. Bədənini şəkildən-şəkilə, fikirlərini formadan-formaya salarsan. Özünlə üz-üzə qalanda etməkdən çəkindiklərini onun hüzurunda rutininmiş kimi göstərərsən. Hətta bu süni alışqanlıq ruhuna elə çökər ki, həzz yerinə də çevrilər. Amma bir müddətlik.
Vaxt gələr, hər iki tərəf öz rolunun öhdəsindən gəlmədiyini anlayıb gerçəyinə qayıtmaq istəyər.
Bəli, bu həqiqətə çatmaq üçün də vaxtını dolduran hind filmlərinin ssenarisində özünə balaca saray kirayələrsən.
Amma quru torpaqda tək qaldığının fərqinə varan kimi özün olmağı seçərsən.
Bəzən kişi qadına asan pul qazanmağın əvəzsiz vasitəsi kimi göydən düşmüş mələk, bəzən də güzəranını yüngülləşdirən ortabab gəlir mənbəyidir.
Öz pul kisəsini ən yaxşı halda başqasi ilə paylaşmaq, pis halda da kiminsə ovcuna qoymaq istəməyən qadınla mübarizədə qalib gəlmək də müşküldür. Ən azı qarşı tərəf ondan da ambisiyalı deyilsə.
Mən təbiətdə kişini özünə tam ram etmək qüdrətinə malik çox az qadın tanımışam.
Məsələn Qala Dali…
Qala mənə görə qadının sükunətdə bağıran özgüvən obrazıdır. Qala mənim üçün "sevsən də sevəcəksən, sevməsən də" seçiminin hər iki üzüdür.
Qısa məlumat da verim ona dair.
Demək, 19-cu əsrin sonunda Kazan şəhərində Yelena adlı qız doğulur. İncəsənətə meylli böyüyən bu qız Moskvada qadın gimnaziyasını bitirir. Özü də Marina Svetayevanın tələbə yoldaşı olur. Birinci əri fransız şair Pol Elüar onun adını dəyişib Qala (yəni bayram) çağırmağa başlayır.
Qalanın həyatında ərindən savayı məşuqları da az deyildi. Amma dünyanın dəli gözü sayılan Dali dostu Elüara, Qalanın ondan 10 yaş böyük olmasına, sayı-hesabı bilinməyən sevgililərinə rəğmən ona vurulur. Qala sənət dühası ərinin istedadını kapitala çevirməyi bacarır, onun ovcunun içindəki düyməcik kimi bəsləyirdi. Bu da azmış kimi Salvador maşının kabinində ikən təkər dəyişir, parallel şəkildə Dalinin pillə-pillə irəliləməsi naminə gəlirli müqavilələr imzalayırdı. Məhz Qalanın uzaqgörən və savadlı yanaşması, reklamı sayəsində bir müddət sonra Salvador multimilyonçuya çevrilir.
Dali də birgə ömür sürdükləri 53 il ərzində yalnız Qalanı təsvir edir. Deyirdi ki, Qala xəyallarımdakı rus qızlarının tam obrazıdır.
“O, mənim üçün Yupiterin zərrəsidir. Hər səhər oyananda təslim olmamağı öyrədir mənə… Qalanı atamdan, anamdan, Pikassodan, hətta puldan da çox sevirəm.”
Yəqin əsas məqam da budur. Bir kişinin bədənindəki bütün hüceyrələri özün olduğun üçün özünə aşiq etmək.
Leyla Sarabi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir
-
Region09:27Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi
-
ABŞ08:12Zukerberqin superyaxtası köməksiz qalan qayığa məhəl qoymadı
-
Ekologiya07:17Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ
-
İdman06:46Həbib rəqiblərini belə sındırırmış: Qəfəsdə şeyx idim














.jpg)






















