Köşə
Qadının bütün mübarizəsi ölümlə bitir
Qadınının bütün mübarizəsi ölümlə bitir. Qadının insanlığı acısının böyüklüyü ilə ölçülür. Əri ölür, ömür boyu özünü tikə-tikə doğrayıb yaşayır. Namusludur. Oğlunu vətən torpağına dəyişir. Üzü solur, gözü dolur, beli bükülür, müqəddəsdir. Üstəlik qara libasdan çıxmırsa, Tanrıdır.
Bu tərz cəmiyyətlərdə qadınsansa, günahını göz yaşınla yumalısan. Bu cür toplumların ən təhlükəli virusu qadın qəhqəhəsidir. Qızın doğulubsa, gözüaçıq yatmalısan. Yoxsa, ummadığın vaxtda oyanıb, papağını tapdayar.
Qadın bir kişiylə yox, bütün nəsillə, o da qalmır cəmiyyətlə evlənir. Kişinin də ətrafında söz haqqı arvadının ətəyinin uzunluğu ilə ölçülür. Yəni, bədbəxt, hüznlü qadın bərabərdir alnıaçıq, üzüağ kişi.
Və bu qaranlıq adamların içindən mərhəmət boyda işıq parçaları çıxır. Qadına azadlıq, küçə heyvanlarına ədalət tələb edir. "Qadın kişinin dostudur" kimi şüarlarla hipnoz edir mürgü basan tamaşaçıları. Ən çox da onların evində pərdələrin arxasında gizlədilən, gözdən-könüldən iraq qadınlar var. Qadın hicabdan çıxanda da azad olmur əslində. Atam qoymur-la dil açıb, oğlum icazə vermir-lə gözün yumur dünyaya.
Saçımız uzandıqca, ərimiz boynumuza bağlayıb əlinə daha rahat dolayır.
Avropaya acıq verib öyündüyümüz səsvermə hüququmuzsa əslində əsarətimizin imzasıdır.
Heç Avropa da azad qadın göstəricisi deyil. Məşhur dirijorun özündən eşitmişdim, gender seçimində kişilərə üstünlük verilir ki, qadın məişətə, uşağına ikiqat bağlıdır. Biz sizin yükdaşıyan arabanızıqsa, ən böyük yükümüz də sizsiniz. Mənim bitməyən mübarizəm atamladır, ərimlədir, oğlumladır. Əlinizi yaxamızdan çəkib, öz taleyinizə bulayın. Xəmirinizi də özünüz yoğurun. Sonra elə həmin əlinizlə başımıza sığal çəkin. Biz ki eyni şeyləri edib yorulmuruq.
Bütün qadınların yerinə yaşamaq, sevinmək, ruhumu doyurub cismimi təmin etmək eşqi var içimdə. Əksini istəməyə ərimə icazə vermirəm.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı






































