Köşə
Hər nirvana məqamında borclarımız yadımıza düşür
Minnət duyğusu kasad insanlardan uzaq durun. Yox, əsla hər xırda jestiniz üçün ağzından “sağ ol, var ol” tökülsün demirəm. Edə bilməyib, bəlkə də edə biləcəkləriniz üçün də özünü öncədən sığortalayıb, sizi təşəkkür selində boğanlar da səmimi deyillər. Amma əmin olun, heç kimin tələbatı sizin sonsuz öhdəliyiniz olmamalıdır.
Ümumiyyətlə belədir axı… Biz doğulan gündən boynumuza borclarımızdan xalta asılır.
Anamızın süd haqqı, atamızın qan haqqı göbək bağına dönüb boğazımıza dolanır. Böyüdükcə o bağ bizi daha sərt boğmağa başlayır. Bəzən ən mübhəm arzularımıza dartınmağa qoymayan, bəzən getmək istədiyimiz yoldan geri qaytaran həmin o minnət bağı.
Yaşımız artır, həyatı borclarımızdan ibarət imtahan otağı zənn edirik. Ömrümüzün axrınadək borclarımızın sayını-hesabını itiririk. Ər borcu, övlad borcu, nəvə borcu, ard-arda qohum borcu, nəsil, şəcərə borcu yığırıq üst-üstə…
Öz istəklərimizdən, öz ümidlərimizdən ön sırada yaxamızı əlinə alan öhdəliklərimiz gəlir.
Bəlkə ona görədir ki, doyunca sevməyi də, yeməyi də, ağlamağı, lap içimizdən gülməyi də bacarmırıq. Hər nirvana məqamında borclarımız yadımıza düşür. Emosiyalarımızı da kəsə-kəsə, qısa-qısa özümüzü kiçildirik. Hər şeyin yaxşısını dadmaq bizə ifrat gəlir.
Əzizim insan, sənin kimsəyə minnətin yoxdur. Sənin heç kimdən əskiyin yoxdur. Heç kimin də başına dönmə, çünki dünya sənin ətrafında fırlanır.
Tək borclu olduğun içində bəsləyə bilmədiyin ürkək mənliyindir. Tək doyura bilmədiyin ac qoyulan ruhundur. Özünə hər gün təşəkkür etməyi unutma. Unutma ki, qarşındakının yaxşılığına da layiqli, qədərində, limiti aşmadan qarşılıq verəsən. Tək gəzməkdən, tək yeməkdən, öncə özünü sevməkdən qorxma. Çünki, qorxu sənin şüuruna körpəliyindən yeridilmiş əsarət formasıdır.
Leyla Sarabi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video





























.png)


.jpg)



