Köşə
Burada uşaqlar atasız, qadınlar sevgisiz, analar körpəsiz qalır
Bu ölkədə orta statistik azərbaycanlının ömrü mərhələlərə bölünüb.
Bu ölkənin qadınının, kişisinin həyatı fəsillərdən ibarətdir.
Məsələn var müəllim ömrü. Doğuldun, böyüdün, oxuyub oxutdun, ömrünü uşağına həsr etdin.
Bir də var həkim ömrü. Doğuldun, böyüdün, yaşadın yaşatdın, ömrünü uşağına həsr etdin.
Və ya bir də var satıcı ömrü, bir də fəhlə ömrü, bir də... bir də Şəhid ailəsi ömrü.
Böyütdün, yaşada bilmədin. İşləyib oxutdun, özünə yerin altında ev qurdu. Əyninə kəfən biçib dünyanın bilinməz ucuna yolladın.
Bu ölkənin orta statistik insanının ulduzu eyni nöqtədə axıb göy üzündən silinir. Ürəyindəki arzuları da özü ilə aparıb torpağın altında gözdən itir.
Burada barmağını kimə uzatsan, şəhid yası tutur. Burada kompasın bütün qütbləri şəhid evini göstərir. Atasını qara məzar bilən uşaqlar böyüyür.
Burada səhərlər şəhid xəbərlərinə açılır. Kiminin atasının ürəyi partlayıb oğluna yol yoldaşı olur, kiminin atası da körpəsinin parçalarını kəfənə büküb basdırır ki, anasının ürəyi durmasın.
Burda bütün evlərdə saat tərsinə işləyir. Şəhidin xatirələrinə görə dövr eliyir əqrəblər.
Burada qadınlar bir-birinin evinə övlad toyuna yox şəhid yasına toplaşır. Yoxsulluqla oğul böyüdənlər bir də yoxluğunda oğul böyüdür.
Burda ən qəşəng qadınların saçı bir gecədə ağarır. Lap uzaqdan belində gəzdirdiyi oğul dərdindən tanyırsan şəhid atasını.
Burada uşaqlar atasız, qadınlar sevgisiz, analar körpəsiz qalır.
Bu ölkənin orta statistik ailələrinin ömründə iki fəsildən sonra zaman donur. Yay, qış...
Leyla Sarabi
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"






































