Köşə
Havasızlıqda boğulan havalı qız
Leyla Sarabi
- Fransadan nə vaxt qayıtmısan?
- Bir il oldu yaxında.
- Ona görə belə havalısan?
(Hansı havamı nəzərdə tutursan, ey dost? Hər ağzımı açanda qulağını şaxta kimi kəsən havamı?
Bilirsən, mən Fransaya getmədən öncə də gecələr səhərin havası haqda məlumat izləməzdim. Sabahlar da öz havama uyğun geyinib evdən çıxardım. Yağışda onun altında gizlənib, sazaqda da ona bürünüb isinməyə çalışardım. Yəni təbiətin də havasına uyuşan adam deyiləm. Fransadan əvvəl də burda özümü Nyu-Yorka düşən ingilis kimi hiss edərdim. Eyni dildə danışırıq, amma bir-birimizi anlamırıq.
Sən heç ağzından süd iyi gələn qızını əri böyüdər deyib başından eliyən analar görmüsən? O analara baxanda mənim havam çatmır. Bəs yaslarda mollalıq edən cahil qadınlar tanımısan? O dindən xəbərsizlər "başınızı bağlayın, erkək mələklər yerə enər, saçınızı açıq görüb, əxlaqınıza şübhə edər", deyəndə havalanıram. Ətəyimin metrəsinə namus ölçüb qadına diri-diri qara kəfən biçən kişilərin havasına da heç vaxt oynamamışam mən. Yoxsa sənindəmi onlar kimi üstün ətir, için üfunət qoxur? Bəlkə də o dəbli libasının altında çürümüş ruhun gizlənir, bilmirəm.
Mən indi dağa bələd olmayıb, uca zirvəyə gedən naşıyam. Yüksəyə qalxdıqca tər-təmiz hava dərimin məsamələrindən də içimə işləyir. Bir yandan da bədənim üşüyür, nəbzim yavaşlayır. Allah mənim bu havamı alsın!
Mənə bir yaxşılıq et, əzizim, baxtın olsa, bu ölkənin qapı, pəncərəsini taybatay aç, qoy havası dəyişsin.)
- Nə?
- Deyirəm yəqin ona görə havan qalıb başında.
- Hərdən özüm də sənin kimi bu havamda boğulmaqdan qorxuram.
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi
-
Dünya10:30Netanyahu nüvə partlayışının görüntüsünü yaydı: Dəhşətli müharibə başlayır?
-
MDB10:00Çox qorxuludur: Rusiyanın bu şəhərinin sakinləri dəhşətli partlayış səslərinə oyandılar
-
Sosial09:39Bu şəxslərin pensiyalarına əlavələr ediləcək
-
Hadisə09:32Kütləvi davaya görə 11 nəfər həbs edildi
-
Maraq dünyası09:12Noyabrda 3 bürcün həyatında gözlənilməz dəyişikliklər olacaq


















.webp)


















