Köşə
Çirkablarda məhəbbət simfoniyası
Leyla Sarabi
Bəzən boynuna almaqdan qorxduğun yükü çiyninə alıb daşıyırsan. Hər ötən gün bir az-bir az alışırsan yükünə. Hətta bir gün özünə elə yuva qurur ki, bünövrəsi sən olursan. Ağac yerə kök atan kimi ürəyindən güc alır. Sən onunla, o səninlə bütöv bir "mən" olursan.
Hara getsən, səninlədir. Tənhalığın belə onsuz tənha qalıb darıxmasını istəyirsən. Addımını basmağa yer tapmadığın izdihamda çiynindəki canın yenə səninlədir, səndədir.
İndiyədək onsuz necə yaşamışam? Yəqin onsuz çox qəribə məxluqmuşam. Bəlkə cansız-qansız ən sadə bir əşyaymıyam?
Kimsə məni qaynar odda əzab çəkən qazan görüb, kiminçünsə cırıldayan dəmir qapı olmuşam.
Mənə qalsa, şəffaf şərab qabı olardım. Boğazıma qədər dolu al qanımı ətri, dadı ilə öz rəngində hər yanımdan keçənə, hər gözümdən içənə göstərərdim. Və hamını sərxoş edib, özüm ayıq gəzərdim.
Amma indi durum daha qəlizdir. İndi sanki mən məsciddə sərxoşam. İçimdəki vicdan yükü çiynimdəki eşq yükündən iki dəfə yüngüldür. Mən onunla üfunətli çirkablarda məhəbbət simfoniyası oxumağa məcburam.
Yükün səndən güc aldıqca sən altında səhra qumuna dönüb çat atırsan. Bir gün onu daşımaqda aciz qalıb canına min can sığan gənc torpağa tapşırırsan.
Yolun uzun vaxtın qısa... Mənzilinə qayıdırsan. Ac yuxusuzluq çökür haldan düşmüş gözlərinə.
Bəlkə də bir əbədiyyət yuxusu yatıb bir baharda oyanırsan. Hər yan firuzə, hava nərgiz, amma yenə yarımsan.
Hüceyrəmdən oyanmaqçün nəyim çatmır görəsən? Çiynimdəki yük yerim bomboş qalıb deyəsən.
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region4 Oktyabr 21:12İranın neft naziri istefa verdi
-
Qoroskop4 Oktyabr 20:48Oktyabrın ən şanslı bürcü
-
Cənubi Qafqaz4 Oktyabr 20:24Paşinyan bu dəfə Lusadzorda tualetə su tökdü - VİDEO



































.jpg)