Köşə
Tanrının ovcuna tökülən göz yaşları...
Leyla Sarabi
Nə qəribədir, 60 il əvvəl Aral dünyanın ən böyük dördüncü dəniziymiş. Ağlada-ağlada suyunu elə qurudublar ki, dönüb olub AralQUM. Təbiətin ən qəddar qanunu budur yəqin. Damarda qanın kimi içindən suyun quruyur. Yerində də çat vermiş dənələrin qalır. Başına leysan yağsa da, boşun dolmur, ürəyinin çatı nəmlənmir. Əslində bu acının heç bir dildə vəsfinə söz tapılmayan ən dərin məqamıdır. Acısının ağrısına öz dilində ad qoymuşdu. Amma heç kim anlamırdı, anlamazdı... Onu da çatların altında elə məharətlə basdırımışdı ki, yerini özü belə, unutmuşdu. Lap ölüləri diriykən (diriləri ölüykən) birgə baxdıqları filmdəki kimi...
Meşədə azıb qalan əkizlər özlərindən yeni dil uydururlar. Sonra əkizlərin bir tayını canavar parçalayır. İllər keçir, sağ qalanı tapıb xilas edirlər. Öz dilində bağırsa da, qışqırsa da, heç kim bilmir nə deyir. Bir gün oyanır ki, hərf-hərf, heca-heca düzüb qoşduğu sözlərini unudub. Öz-özünü qanmaz olub. Elə Aralın özü kimi...
Havada bir hüzn vardı ki, tut ucundan çıx göyə... Sancısının ən acı ucundan yapışıb yola düzəldi. Son günlər özünə etdiyi ən böyük yaxşılığı bu idi, deyəsən. Qaynar ipin üstündə ayaqyalın gəzmək...
Donuq gözlərini on arşın uzağındakı ağaca zillədi. Birdən baxışı sərt daşa dönüb ayağına ilişdi. Elə xəfif, elə yumşaq yıxıldı ki, sanki pambıq üstünə düşmüşdü. Vəfasına sığındığı tək telefonu qalmışdı. O da daşa dəyib çilikləndi.
Ömrünün yorğunluğunu çıxarırmış kimi asvalta çöküb, parça-parça olmuş şüşəyə toxundu. İçindəki səhranın sahəsi biraz da genişləndi. Aral qumu tərk etmişdi...
Kökdən düşmüş əlil arabasının cırıltısına ayıldı. Bir cüt işıq alnının düz ortasına baxırdı.
İçindəki kar sükut dilə gəldi: "Sən kimsən, ay adam?! Elə bil heç dərdin yoxdu, bu arabaya da bekarçılıqdan oturmusan”.
- Təəssüf edirəm... Çatladı?
- Qırıldı...
- Bəs özünüz? Ağrımırsınız?
- Göynəyirəm...
- Bəlkə sizi ötürüm? Hara gedirdiniz?
- Özümdən uzağa...(göz yaşları tanrının ovcuna töküldü)
-
Qoroskop02:44Günün ulduz falı: Qızıl ortanı tapmaq çətin olacaq
-
Dünya02:10Hörmüzdə iki neft tankeri partladı
-
ABŞ00:45ABŞ İrana qarşı ardıcıl yeddinci gecə hücumlarına başladı
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya17 İyul 19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi
-
Ekopublika.az17 İyul 19:00Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika















.jpg)
.webp)



















