Köşə
Sabah Cüməniz qara gələcək - Amerikanın qara hoqqası
Leyla Sarabi
Yenə cüməmiz qara gəldi. Bu müqəddəs gündə də rahat nəfəs ala bilmədik. Yenə səpələncəyik şəhərin mağazalarına, ətəklərə, çalmalara, çəpkənlərə ətək-ətək pullar töküb, içimizdəki şopoqoliki ovutmağa çalışacağıq. Sonra da gah yarı qiymətə aldığımız əski parçalarına baxıb sevincəyik, gah da qapqara ciblərimizin üzünə ağlayacağıq.
Yəqin, Qara Cümədən çoxunuz halisiniz. Bəs amerikalıların qara hoqqası barədə ətraflı məlumatınız varmı?
Onda yaxın gəlin. Bayram əhvalı gətirən bu möhtəşəm günün tarixi əhəmiyyətini, özəlliklərini birgə araşdıraq, hətta alış-veriş həvəskarlarına bir neçə tövsiyə də təqdim edəcəm.
Əslində Qara Cümə heç də adı kimi qara deyil. Hətta tam əksinə, ilin ən əlamətdar günü hesab olunur. Bu elə rəngarəng gündür ki, bütün mağazalarda əşyalar topdan qiymətlərlə satışa qoyulur. İlin digər günləri bu hal bir daha təkrarlanmır. Kimlər üçünsə qara cümə çoxdan almaq istədiyi bahalı əşyalara ucuz qiymətə qovuşmaq, digərləri üçünsə brend markaların geyimlərini maya dəyərinə alıb, internet auksionlarında yüksək məbləğə satmaq üçün bir səbəbdir. Çoxlarına görəsə, Qara Cümə doğmalarına dəyərli hədiyyələri ucuz qiymətə almaq imkanıdır.
XIX əsrdən etibarən ABŞ-da hər il Minnətdarlıq gününün ("Thanksgiving Day") ertəsi bütün mağazalar kütləvi endirim etməyə başladılar. Hər ilin noyabr ayının dördüncü cümə gününə təsadüf edən bu tarixdə hamı alış-verişə tələsdiyi üçün tıxaclar yaranır, qəzalar olurdu. Məhz buna görə də Filadelfiyada gün Qara Cümə adlandırılmağa başlandı. Hər il Qara Cümə noyabrın 23-dən 29-dək olan tarixləri əhatə edir. Cari ildəsə bu günə, yəni noyabrın 23-nə təsadüf edir.
Hər bir amerikalının həyatında böyük önəm daşıyan bu gündə mağazalar daha tez açılır. İnsanlar bəzən gecəni yatmayıb, səhərə yaxın mağazaların, bahalı butiklərin qarşısında növbə gözləməyə başlayırlar. Qara Cümə günü səhər saat 6-da ABŞ küçələrində izdiham yaşanır. Hər yerdə eyni mənzərə olur: mağaza boyu bir-birini itələyib, geyim savaşına çıxan alıcılar, divar boyu düzülən kassalar önündə yorğun satıcılar.
Çox xoşbəxtik deyilmi? Axı artıq Avropa və MDB ölkələrində, eləcə də onlayn satış saytlarında da Qara Cümə qeyd olunmağa başlanıb. Düzdür, ABŞ-da müşahidə olunan fantastik endirimlər olmur, lakin bayram əhvalına və yüksək endirimlərə rast gəlirik. Çox vaxt alıcılar Qara Cümənin marketinq hipnozu altında ehtiyac duymadıqları onlarla geyim alırlar. Ertəsi gün isə məntiqlə düşünüb, bu əlbislərin lazımsız olduğuna qərar verirlər. Məhz bu zaman aldıqlarını mağazaya qaytarıb, pullarını geri ala bilirlər. Həmin əşyalar isə mağazada “istifadə edilmiş” adı ilə yenidən həmin qiymətə satışa çıxarılır. Bu isə digər alıcılara ucuz alış-veriş etmək imkanı qazandırır. Ancaq bu digər ölkələrə aid olunmaya da bilər. Odur ki, Qara Cümə günü bazarlıq edərkən yüz ölçüb, bir biçin ki, pullarınız da havaya sovrulmasın.
Bütün şopoqolikləri bu gün münasibətilə təbrik edirəm. Qara Cüməniz mübarək! Cibinizə keçmiş olsun!
Unutmadan, növbəti səfər sizə şopoqoliklərdən danışacam...
-
Ekopublika.az05:15Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?
-
İdman04:30Qərarından peşman olmadığını açıqladı: Hər kəs bu təklifə “hə” deyərdi
-
ABŞ02:00Həftəsonu nə baş verəcək? - Trampdan anons
-
İdman01:40Günün ulduz falı: üzərinizə düşən öhdəliklər qəfil artacaq
-
Dünya3 İyun 23:15SEPAH-dan iddia: Küveyt aeroportunu ABŞ vurub
-
Kriminal3 İyun 23:00Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi
-
Magazin13 İyun 20:36Roza Zərgərli Ramzan Kadırovla görüşündən danışdı: Şəxsən özü göstəriş vermişdi ki...
-
Hadisə3 İyun 20:12İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi




































