Köşə
Niyə Allahın cinsi kişidir?
Leyla Sarabi
Adamlar bir olur, Adəm balası. Canlarında qatili var, quduzu var, quzusu var, qurdu var... Hamısının da möcüzələrə inandıran qar kimi mübarək bir kişiyə ümidi var.
Peyğəmbəri Allah göndərmədi əslində, insanın ip kimi göyə uzanan çarəsizliyi palçıqdan yoğurdu. 4 milyarddan qoca dünya 124 min peyğəmbərin əlində də əhilləşmədi. Musanın günahsız ilanı dünyanın bütün pisliyini udub özündən uzun zəhərini süründüyü hər səhraya yenə qusdu. Ölü bədənə ruh üfürən İsanın öz ruhu dəliklərindən çıxıb uçdu. Süleyman quş dilində danışdıqca, insan dilini unutduq. İndi də 364 gün oturub bir ağsaqqalı gözləyirik. Niyə bu dünyanın Allahının cinsi bütün dillərdə kişidir? Niyə ümid kişi rəngdədir. Niyə Ümid mənim tək oğlumdur? Axı mən bütöv insandan yanayam. Hər yarasından bir yaş artan, çıraqsız da işıq saçan insandan...
Çox sevdiyim qara paltarlı bir qadın xərçəngdən ölən ərini xatırlayırdı. Mədəsini kəsmişdilər, doğduğuna qayıtmışdı elə bil... Amma hər şey əksinədi, dişləri var, mədəsi yox. Yediyini ən xırda tikələrə bölsə belə uda bilmirdi. Təndirdə bişirdiyim çörəyin ətrindən xoşbəxt olurdu.
Kömür qadın, bu zövq üçün gözlərini oyub ovcuna tökən Falesi tanısaydın, məzar üstə ağlamazdın. Bir zamanlar qoca dünyanın quru köksündə Fales adlı, şanlı bir alim yaşayırmış. 90 yaşına çatanda zülmətin lap dibində içinə tökülən isti çörək ətri ciyərlərini güldürsün deyə gözlərini oyub ovcu ilə bir eləyir.
Möcüzə istəyirsiniz? Gedin, ananızın tökülməyən kirpiklərindən öpün, isti təndir çörəyinin qoxusu ilə içinizin çürüyən künclərini bəzəyin. Allah üçün göz qırpımı ömrünüzü illərə bölməyin. Bölsəniz belə 525 600 dəqiqənin heç olmasa 525-ni qaçan havaya toxunun, qarnınızda sürünən ilbizləri uçan kəpənəklərə yem eliyin. Möcüzəni ildə bir dəfə qırmızı libasa bürünüb qalan günlərdə də saçınızı dibindən qırxan kişilərdən gözləməyin. Çünki nə Allahın, nə vicdanın, nə də möcüzənin cinsiyyəti olur. O ya olur, ya da olmur. Əsas odur, sonsuzluğa qapanmayın, hər gecə saat 12-də özünüzdən möcüzə doğun. Sancınızdan yorğun düşüb, sonra dünyaya Kamü məhəbbəti ilə yenidən aşiq olun.
Gələn dəqiqələriniz mübarək!
-
İdman22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı























.png)













