Köşə
Nəsimi eşqinə, canımı bədəndən ayırmayın!
Leyla Sarabi
Soyuq yataqda isti yorğan qucağı kimi ocağını tap içində. Səndən qeyri heç kimin ayaq basmayacağı, damını dağıtmayacağı, şüşələrini çilikləməyəcəyi, divarları özün olan kərpic otaq, 5 addımlıq da bağçan varmı, əbədisən. Eşqini itirəndə otaqdakı dolabların arasından tapasan. Yağış yağsa, pəncərədən boylanıb kirdən, pasdan yuyasan, səni tanrıya bağlayan pıtraqlaşmış tellərini.
Ürəyin buzlayanda, bağçana düşən günəşin altında isit, amma qaynatma!
Bu günədək oxuduğun ən sən şeiri dinlə əllərindən.
Nəfsini doyurmaqçün insan bişir, lap daş qovur özünə. Axırda da qus, təmizlə, tək sənə məhrəm mən adlı orqanını.
Boynumu kaktus kimi dalayan xırıltılı nəfəs evimin kərpiclərini yağışda yuduğum başıma tökür.
- Qızım, qazın üstə yemək qoymuşam. Qoy, mən keçim.
Bağçamdakı günəşimin altında əriyən dilimi soyumağa aman vermədən, saçına soğança hopan xala aldıqlarını kassadakı biçarənin əllərinə geyindirir. Barmağımda misram susur.
Olmaz, ay xala. Qazandakı yeməyin kül olsa da, südün daşıb evinə dağılsa da başqasının sərhəddini tapdamaq olmaz. Axı bunu sovet adlı daş divarların arxasında böyüyən sən, məndən yaxşı bilməlisən.
Viran qalmış evim bir yana, sən mənim növbəmə də çağırılmamış qonaq olursan.
Bilirəm, mən Fransadan danışanda çoxunuz qıcıqlanırsınız. Neynim, qızıl gördüklərimi pasa dəyişə bilmirəm. Fransada həftənin iki günü küçə bazarları qurulur. Fermerlər də becərdiklərini gətirib satırlar. Sizə fermer deyirəm. Piştaxtasındakı yerkökünü zər kimi əzizləyən saraydan çıxmışlar klanı...
Gəlin, elə xəyal edək ki, Avropa həqiqətən əxlaqsızlıq yuvasıdır. Amma ünsiyyət mədəniyyəti, danışıq nəzakətini təcili onlardan oğurlamaq zəruridi. O küçə bazarlardakı səliqəni, paytaxtımızın mərkəzindəki hipermarketlərdə qorunmayan növbəni faizi bahasına kreditə götürmək lazımdı. Aram-aram ödəyərik. O müddətdə önümüzdəki növbə gözləyənin də bizim kimi damarında qan, saatında zaman axdığını öyrənərik.
Məmləkətimin növbə terrorunun qurbanlarındanam mən. Axı 10 dənə kartof (firəngcə yer alması) almağa gəlmişəm, əzizim fransız. Özümü niyə sonuncu ayfon növbəsinə duran bankir qızı kimi hiss etdirirsən mənə? Qüsursuz səbrindən bir damcı mənim də ovcuma sıxsan...
Davamlı növbə savaşlarımdan ağzı qanlı çıxmaqdan yorulmuşam, əziz millətim. Təklif edirəm, lap elə firənglərdə olduğu kimi hipermeqasuper marketlərdə “asan kassalar” da qurulsun. Ocaqda südü daşan, dolması yanan, bir çörəyin bəlasına düşüb quyruğun ucundan yapışan, xərçəngin şərlədiyi bir qutu siqareti alıb çəkmək üçün ciyərləri göynəyənlərin də arzuları gözlərində qalmasın. Ən vacibi səbrimin qabığı soyulmasın. Nəsimi eşqinə, canımı bədəndən ayırmayın!
-
ABŞ20:12Edam baş tutsaydı, tarixə düşəcəkdi - İki ölümcül iynəyə tab gətirən qadından xəbər var
-
İdman19:48Ayxan Abbasovdan qələbə açıqlaması: "Bacardıqlarından daha yaxşı çıxış etdilər"
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan



































.jpg)