Köşə
İkicinsli Hermafrodit kimi...
Leyla Sarabi
Bu günədək dilinə dəyən ən fantastik dad hansıdır? Məsələn, çili bibərli şokolad... Tapsan, şübhəsiz al, şəksiz dad. Eyni anda acılı-şirinli ləzzətdən beyninin kəpənəkləri göz yaşı tökə-tökə bir-birinin qanadlarını rəngləsin. Zəhərin şərbət, şərbətin zəhərini bərabər hiss et. Həyatın mahiyyətini soyunduran fəsləfi kitabları kənara qoyub, var-yoxun mahiyyətini bir parça şokoladda tap. Burnun acıdan, boğazın şəkərdən göynəsin.
Mən bu duyğunun dəlisiyəm. Bəlkə də bibərli şokolad adlı nəsnə ağzıma doğmalaşmasaydı, acıdan zövq almağı da öyrənməzdim, zəhərdə həzz axtarmazdım.
Anamın torpağı ala-çiy idi. Avqustun odlu sübhü titrəyə-titrəyə mürgüləmişdim. O gün xoşbədbəxtliyə diksinib oyanmağımı divanəliyimə bağışlamışdım. İndi aydın tərif verirəm. Burnumun bir dəliyi anamın evdən çıxmayan yasəmən nəfəsini, o birisi ölüm üfunətini udurdu. Mən ona bir də o qədər yaxın olmayacaqdım. Onsuz ilk səhərim bir də açılmayacaqdı. Qara bulud ikinci, üçüncü, yüzüncü, mininci solğun günəşlər doğacaqdı. Amma yarımanalılığın verdiyi məmur güvəni, səfil qayğısızlığı, bir də günəşin saçları tökülən qarlı zirvədən baxmayacaqdı. İnanmamaq haqqındır, amma anam üçün darıxanda onunla keçən igid ömrümdən yox, beynimi didən o ilk, o son nəfəsdən ovunuram.
Əslində insan oğlu hər şeydən natamdır. Sevincin gözündəki kədər, ağın köksündəki qara, müsbəti iki yerə bölən mənfi, günəşin ovcundakı ay, pambığa bürünmüş daş, kişinin qabırğasında qadın, qadının bətnində kişi zərurətdir. Ana Afrodita ilə ata Hermesdən doğan ikicinsli Hermafrodit kimi...Yoxsa nə zahir, nə də batil harmoniyanı tapmaq mümkündür.
Gözünün önündə bir-birinə sığınan İn-Yan balıqları canlandı? Soyuq mənfi zülmətin anası İnlə ilıq müsbət işığın atası Yanın məhəbbətindən ibarətik əslində. Balansımızı da qoruyan bu adsız tərs(düz)mütənasiblik nəzəriyyəsidir. Kim bilir, zəhərin dibindəki şərbət dadına heç olmasa 3 dildə ad qoyulsaydı, həyat yenə öz yoluyla gedərdimi? Sonsuzluğun önünə sədd tikilərdimi?
Bunların da cavabı sənə qalsın. Çünki mənim ən ayıqkən sərxoşluğum, qurd ruhumun quzuluğu, sevgimdəki nifrət payım, sədaqətə bitişik xəyanətim zamanımı əllərində əsir edib. Deməli, mən cansız diri halımdan haliyəm. Eyni anda həyat xofu, ölüm eşqi yeyirəm. Ona görə acı bibərli şirin şokolad dadıram.
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq














.jpg)




.jpg)














.jpg)

.jpg)
