Köşə
Uşaqlar üçün bir dəqiqəlik ayağa qalx və...
Leyla Sarabi
Sənə danışacağım bu əfsanə ikinci dünya savaşında baş verib. Həmin vaxt faşistlər Polotski uşaq evinin günahsız körpələrinə vəhşi cəza vermişdilər. Yaralı alman əsirlərinə donor qan lazım idi. Elə bu vaxt qansız faşistlər Allahın unutduğu uşaq evinin sakinlərini yada salırlar.
Gözü dönmüş faşist ordusu uşaqlara acıdıqlarından yox, sadəcə bir məsələyə görə qan içmək məqamı yetişəndə şübhəyə düşürlər. Axı bu quru canların yeyib-içdiyi nədir ki, qanlarında da qüvvət olsun? Buzu utandıran divarlar arasında ciyərləri də üşüyür, əlləri də. Öncə onları quzu kimi yemləyib, sonra istifadə etmək lazımdır.
Nəhayət, qanlı terror məqamı yetişir. Uşaq evinin 154 bəxtsizi yola düşür. Şahidlərin xatirələrində deyilir ki, hətta 3 yaşlı uşaqlar ölümün soyuq nəfəsini hiss edirdilər. Anasızların, atasızların geyinməyə isti paltoları da yox idi. İnternatın rəhbərliyi balacaları qalın adyallarla büküb meşədəki qatara yaxınlaşırdılar.
Bu vaxt partizan qoşunları köməyə çatır. Uşaqların çoxunu cəld təyyarələrə doldururlar. Təyyarənin pilotu 28 yaşlı Aleksandr Mamkin idi. Havaya qalxan təyyarəyə faşist ordusu bombalar yağdırır. Təyyarədə yanğın başlayır. Kapitan Mamkinin gözündəki gün eynəyi yanıb dərisinə yapışır, ayaqlarından qalxan alovsa ətini sümüyünədək yeyib bitirir. Qulaqlarında ağlayan uşaqların hıçqırtısı cingildəyir. Saşa sızıldayan sümüklərini, dərisinə yapışan eynəyini unudub təyyarəni təhlükəsiz əraziyə çatdırır. Təyyarə yerə enəndən sonra Mamkin kabinaya doğru qışqırır: Uşaqlar sağdır?
Balaca Vova - yoldaş Mamkin, narahat olmayın, hamımız salamatıq, indi düşəcəyik - deyir.
Bir müddət sonra Saşa dünyasını dəyişir. Hələ də onu gözü qapalı, dərisi sümüyünə yapışanadək təyyarə idarə etməsi müəmma olaraq qalır.
Bu möcüzənin bir izahı var. Mamkin özü də 2 yaşından uşaq evində böyümüşdü. O, uşaqları, dünyanı sevən sadə insan idi.
Əziz insan, kindən, nifrətdən özünə mürəkkəb sima düzəltmə. Sən də Saşa olub bu vəfasız dünyanın heç olmasa bir körpəsinin göz yaşını silə bilərsən. Əsir düşərgələrinin qəmgin dünyasında övladlarını qanlı laylalarla yatırtmağa yox, oyatmağa çalışan girov valideynləri düşün. Yaxud cansız uşaqlar üçün oxunan ağıları xəyal et. Ölülər üçün səslənən musiqinin ağırlığını duy. İlze Veber adlı könüllü tibb bacısının qaz balonunda zəhərlənib can verən məsum uşaqlara oxuduğu yanıqlı laylanı eşit.
Hətta bir dəqiqəlik ayağa qalx, böyümədən torpağa qarışan uşaqların bayramını təbrik et.
-
Qoroskop17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz
-
Sosial17:47Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
-
Sosial17:35Gənclər və İdman Nazirliyində 32 milyonluq yoxlama - Kimlərə artıq pullar ödənilib?
-
Səhiyyə15:30Bakıda bu poliklinikada şəkər xəstələrinə dərman verilmir - Səbəb nədir?
-
İdman14:42Neymarın başı dərddə: Tanınmış influenser onun hesabına niyə pul köçürüb? - FOTOLAR
-
Rəsmi xronika14:32Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - FOTO
-
Sosial13:18Qonşuda deputat tələb edir: 13-cü maaş və pensiya verilsin
-
MDB12:53Ermənistan Aİ-yə qoşulsa, aqibəti belə olacaq: Rusiyadan hədə dolu xəbərdarlıq























.png)














