Köşə
Bu bağırtı ağrının son fəslidir
Leyla Sarabi
İnsanın ən çox qorxduğu bir şey varsa, o da ağrıdır... Çox acı ağrı.
İnsan ağrının odundan çox közündən qorxur.
Fərz et ki, ciyərin nəfəsini doya-doya uda bilmir. Ya da mədən çeynədiyin tikəndə tıxanıb mürgüləyir. Həkim deyir, əməliyyat! Sən bilirsən, əli qanlı cəllad canın üstə min cür əməl çıxaracaq, sən yatım-yatım yatacaqsan. Üstündəki son naxışı tamamlayıb bədənini ruhuna geyindirəcək. Müsibətin bundan sonra başlayacaq. Hər gün damcı-damcı sağaldıqca min qurtum ağrı içəcəksən. Hərdən ağrı canını elə deşəcək ki, paslanmış mismarın key səsini eşidəcəksən. Bir azad çırpınış, yaranın tikişi açılıb qanında yuyacaq səni.
Bu acı təcrübələr artıq acınla qızıl ortada görüşəcək. Daha ehmal, daha asta qalxacaqsan yataqdan. Dərmanların təsirini göynərtiyə ötürəndə özünü yastığında boğub ən lokal anesteziya ilə susacaqsan. Hər gün ağrı bələyində əlin ayağın keyiyəcək.
Bir gün görəcəksən, yaran daha irinləmir. Qanında yuyulub parıldayan mismarları tikan kimi qoparırsan. Bu bağırtı ağrının son fəslidir. Yavaş-yavaş acıların kütləşir. Hətta ömrün elə aya, elə ilə ayaq basır ki, bir gün vücuduna güzgüdən baxanda, təsadüfən tikiş izi sezirsən.
"Öldürməsən, dirilməzdim" - sığallayıb keçirsən.
İnan mənə, əziz insan, sən hər şeyə, hər kəsə, hər kəssizliyə alışırsan. Öncə elə bilirsən bütün parçaların onda qalıb, orda itib. Çarəsizliyin aram-aram tələbini ödəyir. Sən adlı pazlı yenidən yerinə oturdursan.
Heç bilirsən ən acı Çili bibəri niyə dilini yandırır? Çünki çox şirindir. Dərdin kimi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
















.jpg)















