Köşə
Borqazmdan keçinənlər
Leyla Sarabi
İnciməyin! Amma zavallı millətik. Ünsiyyət, PR, reklam, marketinq, evlənmək, boşanmaq, tanışlıq, meyit yuma agentliklərimizin hamısı Markın üçüncü sort cəmiyyətin başını qatmaq üçün dövriyyəyə buraxdığı facebook-dur.
Rəfiqəm Amerikada IP mühəndislik oxuyurdu. Tez-tez Zükerberq tələbələr üçün şəkər kimi (zucker-in almancandan tərcüməsi) master-klasslar təşkil edirmiş. Hər dəfəsində də "Onlara de ki, biz “facebook”u acından günorta oyananların başını qatmaq üçün yaratdıq. And olsun ki, bizim istifadəmiz imandan deyil" mesajını verərmiş. Normal ölkələrdə insanların tükənəndə qaçacağı istirahət məkanları, bir kofe, şərab içib dincələcəyi yerlər var. Paytaxtımızın ən “high level” kitab evlərində də bugün-sabah dönərxanaya çevriləcək "book kafe"lər açılıb. Çünki gələn mütaliə arası fikrini nəmləndirməkdən ötrü boğazını yaşlamır, yeyib içməyə "həriflənmiş" məkan axtarır. Züker simvolikanı kənara qoyub ən acı akmeistcəsinə bağırmaq istəyirəm. Bəli, bu gün düşünən beyni olan gənc ya “facebook”da status yazır, ya da bayağı şoulara dəvət alır. Hanı bu ölkənin aidiyyəti qurumları? Gənc beyinlərdən insan kapitalı kimi istifadə etsin, ictimai layihələr hazırlayıb yaradıcı insanları kiflənməyə qoymasın. Hər dəfə facebookda yola verdiyimiz üç mərasimindən sonra mağar sökülür. Növbədə nə (kim) var?
“Ferragamo” ayaqqabısının arxasını əzib şəp-şəp eliyən 12 aylıq hamilə, varlı kişinin əlində əriyən siqaretin tüstüsü qədər məsumdur bu ölkənənin ac intellegentləri... Həmin ac intellegentlər ki, çoxu borqazmdan keçinir. Yanlış anlamayın, borqazm tükənmişlik quyusunda havasızlıqdan çürümək deməkdir.
Cibindən pul qusanlar arvad(lar)ına aldıqları bir “Hermes” kəmərin, “Louis Vuitton” çantanın pulunu faydalı yerə xərcləsələr, zərləri tökülməyəcək. Onların kasasından əskilən qəpik, bir gəncin imkanlarını süni nəfəs aparatından ayırıb həyata döndərə bilər. Birini öz hesabınıza Avropada treninqlərə yollayın, başqasının kitabını çap edib ölkə turnesinə çıxarın. Pulunuzu onların imkanlarına calayıb N qədər iş görə bilərsiniz. Yorulmadınız sizi ancaq tatamidə tanıdan HULKlardan? Elə bilirsiniz, hamınızın nəvəsinin xaricə qaçıb kök salmaq imkanı olacaq? Elə bilirsiniz, divarına yapışmaq istədiyi yeni məmləkətdə vətənini qaynar şiş eləyib gözünüzün didəsinə basmayacaqlar? Niyə bu ölkəyə "düşünən cəmiyyət" anlayışını çox görürsünüz? Axı siz özünə nəzir atdığınız yalavac ziyalıları borqazmdan dartıb çıxarmayana qədər bu ölkənin yetişən nəsli əqli orqazmdan əlil böyüyəcək...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ















.jpg)
















