Köşə
Tanrının ovcuna tökülən göz yaşları - I YAZI
Leyla Sarabi
Nə qəribədir, 60 il əvvəl Aral dünyanın ən böyük dördüncü gölüymüş. Ağlada-ağlada suyunu elə qurudublar ki, dönüb olub AralQUM. Təbiətin ən qəddar qanunu budur yəqin. Damarda qanın kimi içindən suyun quruyur. Yerində də çat vermiş dənələrin qalır. Başına leysan yağsa da, boşun dolmur, ürəyinin çatı nəmlənmir. Əslində bu acının heç bir dildə vəsfinə söz tapılmayan ən dərin məqamıdır. Acısının ağrısına öz dilində ad qoymuşdu. Amma heç kim anlamırdı, anlamazdı... Onu da çatların altında elə məharətlə basdırımışdı ki, yerini özü belə, unutmuşdu. Lap ölüləri diriykən (diriləri ölüykən) birgə baxdıqları filmdəki kimi...
Meşədə azıb qalan əkizlər özlərindən yeni dil uydururlar. Sonra əkizlərin bir tayını canavar parçalayır. İllər keçir, sağ qalanı tapıb xilas edirlər. Öz dilində bağırsa da, qışqırsa da, heç kim bilmir, nə deyir. Bir gün oyanır ki, hərf-hərf, heca-heca düzüb qoşduğu sözlərini unudub. Öz-özünü qanmaz olub. Elə Aralın özü kimi...
Havada bir hüzn vardı ki, tut ucundan çıx göyə... Sancısının ən acı ucundan yapışıb yola düzəldi. Son günlər özünə etdiyi ən böyük yaxşılığı bu idi, deyəsən. Qaynar ipin üstündə ayaqyalın gəzmək...
Donuq gözlərini on arşın uzağındakı ağaca zillədi. Birdən baxışı sərt daşa dönüb ayağına ilişdi. Elə xəfif, elə yumşaq yıxıldı ki, sanki pambıq üstünə düşmüşdü. Vəfasına sığındığı tək telefonu qalmışdı. O da daşa dəyib çilikləndi.
Ömrünün yorğunluğunu çıxarırmış kimi asvalta çöküb, parça-parça olmuş şüşəyə toxundu. İçindəki səhranın sahəsi biraz da genişləndi. Aral qumu tərk etmişdi...
Kökdən düşmüş əlil arabasının cırıltısına ayıldı. Bir cüt işıq alnının düz ortasına baxırdı.
İçindəki kar sükut dilə gəldi: "Sən kimsən, ay adam?! Elə bil heç dərdin yoxdu, bu arabaya da bekarçılıqdan oturmusan”.
- Təəssüf edirəm... Çatladı?
- Qırıldı...
- Bəs özünüz? Ağrımırsınız?
- Göynəyirəm...
- Bəlkə sizi ötürüm? Hara gedirdiniz?
- Özümdən uzağa...(göz yaşları tanrının ovcuna töküldü)
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu















.jpg)

















