Köşə
Özünü pis aparan donuz balaları
Leyla Sarabi
- Nağıl istəmirəm bu gecə. Allahı izah elə mənə.
- Toxunduğun, gördüyün hər şeydir, hər kəsdir Allah. Üzünü turşudub əlinlə itələdiyin xörəyin bir tikəsini bölüşən mədəsi büzüşmüşlərdir Allah. Sən yedikcə doyduğum süfrədir Allah.
3 il əvvəl səni parkda itirmişdim. Dəli kimi dünyanı ələyib balaca canını milyardların içərisindən qumdan qızıl kimi tapıb çıxarmaq istədiyim o anda ürəyim durmuşdu. Zamanı, məkanı iliyinə doldurub səni mənə gətirən tanımadığım zənci qadın idi Allah.
Gələcəyini bəzəməkçün səndən ayrı keçən yorğunluğum, gülüşün üzündən sürüşməsin deyə arzularımı uyutduğum susqun vulkandır Allah. Hər ayrılığımızda səni içimə basdırdığım bədənimdir Allah.
Anasız körpə kenqurunu övladlığa götürən tanımadığın o rəssam qadındır Allah. Caynağımla basıb öldürmək istəyəndə əzizləməyə başladığın süfrədə gəzişən mikro qarışqaya məndən analıq etməyimi istəmişdin. Az qalsın qan qoxan əlimi geri çəkə-çəkə razılaşmışdım. Sən yetimliyi yad boşqabdan dadma deyə, səfil küçə heyvanlarına etdiyim analıqdır Allah.
Allah azan deyil, oğlum. İçindəki vicdanının pıçıltısıdır. İlahi eşq görmədiyin mifə xatir bağışlantıya çevrilən nəzir qutusu qəlibində soyuq qütb deyil. Nəfəsindən qopub qara daşı göyərdən bucaqsız enerjidir. Sən o enerjinin hüdudsuzluğuna inananda özün Allah olursan. Həyata mikroskopla baxsan, görəsəksən. Allah 99 ada sığacaq qədər kövrək körpə deyil. Hələ danışılmayan bütün dillər, gələcəyin küləklərində əsən çağırışlar, həllini tapa bilmədiyimiz tənliyin məchulu, savabsız, cavabsız sevgilər, ayazın episentrində oturan bomja qısılıb onu şaxtadan qoruyan küçə itidir Allah.
Hər gün çəkib həzz aldığın rəsmlər, saatlarla ovcundan silib təmizləyə bilmədiyim rəngli boyalardır Allah. Mənim ən böyük ağrım da, eşqim də sənsən. Sənsən Allah, oğlum.
- Müəllimimiz belə demir axı, anacan. Deyir, Allah göydə olur. Oradan bizə baxır. Özümüzü pis aparsaq, bizi donuz balasına çevirəcək.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi




































.jpg)


