Köşə
Bizdən gizlədilən şəhidlərin kimliyi...
Leyla Sarabi
Müharibənin beşiyində yelləyib məni anam. Hətta süddən kəsəndə, üstümüzə od tökən düşmən təyyarəsi ilə qorxudub. Bütün qadın məhəbbətini səfərbər edib, qurduğu doğma yuvasını eyni göynək eşqlə də dağıdıb, didərgin düşüb.
Sonuncu Vətən ümidini də bizə aldığı gül-çiçəkli paltarları tualetə tullayanda itirmişdi. Tullamışdı ki, ən Vətən xatirələrimiz, mavi uşaqlığımızı bombalayan erməninin əlinə keçməsin. Qoy tualetdə üfunət qoxusun, amma körpləliyimizin ətri hopmuş ovuc boyda ipəyə düşmən əlinin qanını silməsin.
Doğum şəhadətnaməmdə dünyaya gəldiyim məkan, zaman möhürlənsə də, torpağımızı unutmamaq üçün bir neçə paltarımızı saxlamışdı. Mən onları körpəm kimi sevirəm. Sanki tualetdə boğulub ölən uşaqlığıma kəfən imitasiyasıdır bu əlvan parçalar.
Tez-tez deyirdi, sanki sizi Bakıda tapmışam, uşaqlığınızı da Ağdamda dondurmuşam. Nə vaxt qayıtsam, orada iki körpə məni gözləyəcək.
Savaşların yazılmamış qanunu var. Yurdundan qopan gənc qadınların qorxudan hormonları dolaşır. Bir az kişilik, bir az şəhidlik hopur canlarına.
Anam kimi yüzlərlə müharibə qadınının aldığı travma, udduğu stress böyüyüb şəkər olur, qol-budaq atır, bədxassəli şişə dönüb, orqanlarını deşir. Bunu mən demirəm, qaçqın düşərglərini gəzən beynəlxalq təşkilatların həkimləri deyir.
Məncə, şəhidlik tək cəbhə xətti ilə məhdudlaşmır. Şəhidlik zirvə deyil, zəmanənin ən təhlükəli virusudur. Ağzı süd qoxan oğlanın ürəyini deşən güllə məsafə tanımır. Bütün ailənin bədənini dəlmə-deşik eləyir. Öncə yalın soyuducuya baxıb doyan anasının qarnına girir, beli bükük fəhlə atasının çiyinlərini deşir. Növbə ilə bir-birinin göz yaşını silən körpələrinin barmaq uclarından keçib, içinə yarımçıq ata, bir az cəsəd dolan qadının bəxtinə batır.
Dünyanın ən qəddar Robin Hudu sayılan Pablo Eskobar bütün günahları burnuna çəkmişdi.
Ada boyda həbsxana da tikdirmişdi Eskobar. Hər işlədiyi cinayətdən sonra özünü öz məhkəməsinə təslim edərmiş. Villa boyda türməsində günah tökərmiş.
Zənnimcə bu gün villa-həbsxanaların dəmir barmaqlıqları arxasında cəza çəkən potensial əsgərlər də zəncirlərini qırmalıdır. Pulundan virusa qarşı gülləkeçirməz tikdirmək yerinə, əsgər forması geyinməlidir. Geyinməlidir ki, son ümid ölməsin. Mən də razıyam, əlvan parçalarımı boxçama yığıb, Vətən boyda əsgərlərin yaralarını sarmağa gedim. Yetər ki, düşmən yataq otağımıza girib, qanımıza batırdığı əllərini körpələrimizin güllü-çiçəkli paltarlarına silməsin.
-
Maraq dünyası10:47Ayı ilə əlbəyaxa olan çoban möcüzəvi şəkildə sağ qaldı
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
MDB10:13Rusiya ordusu Ukraynanın yük gəmisini vurdu
-
Magazin109:52Bakıda daha bir dəbdəbəli toy: Kutsi dəvət edildi
-
Qarabağ 09:37Gəncənin ilk mülki şəhidi - Həmin gün əsgərlərə dəstək olmağa gedəcəkmiş
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU
-
İdman06:46“Beşiktaş”ın nə qədər borcu var? - Məbləğ açıqlandı












.jpg)




















.jpg)
