Köşə
Həyat kouçu - Absurd peşə
Leyla Sarabi
Mənim üçün absurd peşədir həyat kouçu... Bir ovuc bərka-boşa düşüb, gəzən fəlsəfə kitabına çevrilməklə başqasına yaşamağı öyrətmək olmur.
Nə bilirsən, bəlkə sənin təcrübəndə budaqlarını tumurcuqla dolduran nəzəriyyə, mənim yarpaqlarımı solduracaq?! Həm də insanların sahib olmadıqları dəyərləri dillərindən qusduqlarına şahidəm.
Sən mənim dərdimi dinləyə bilərsən, yaramı didib, içində gizlətdiyim ağrımı önümə tökə bilərsən. Amma periodik nəfəsim arasındakı məsafəyə də ölçü vahidi icad etdiyimi, yuxumda hadisələrin gedişatına yön verəcək qədər ayıqlığımın zəhlətökən dərvişliyini duya bilməzsən. Çünki biz həyatımla yolları çoxdan ayırmışıq. Hərəmiz öz səmtimizi tutub gedirik. Meyvələri yetişən yoqlara güvənirdim bir vaxtlar. Ruhun bədənə, bədənin zəkaya qıfıllandığını deyən manqurt yığınıymış məyər...
Duyğuları doza şkalasına sığmayan ruhun zəka ilə nə alış-verişi?!
"Balaca şahzadə"nin çərənləməsinin Marsa körpü tikən zəkaya nə faydası?!
Frida necə bütöv deyirdi: "Qanadlarımı hiss edən gündən ayağıma gərək duymadım".
Yaşamın nəzəriyyəsi də budur məncə. Sahib olduğun 3 parçanın birini seçib, boy atmaq, mantiyaya kök salıb, yarpaqlarınla səmanı sığallamaq.
Mən duyğularımla yoğruluram. Ən çox da duyğularımdan yoruluram.
Əziz həyat kouçum, sənin mənə zərrə faydan toxunmaz. Mənim kompasım təkcə hisslərimin yön verdiyi istiqaməti göstərir. Qibləm də, canavardan qurtuluş nöqtəm də duyğularımın səmtidir.
Bu məqamdan sonra üzülmərəm, öyrənmərəm, alışmaram dediklərimin bir xurcun antonimi yoluma tökülür. Məni beynimdə heç susmayan küt ağrılarım böyüdür, mən boynuna daş asıb, çayda boğduğum divlərdən can alıram. Duyğularıma uduzduğum bütün yarışlardan qalib çıxıram. Yolumdakı tikanları toplayıb, ayaqqabımın dabanını dikəldirəm. Hər çöküşümdə önümdəki nərdivanın ən uca pilləsinə qalxıram. Mən günahlarıma ən çox da hakim, acılarıma ən çox da təbib, şikəst əzalarımın qatili, çarəsizliyimə ən çox da düşmən olanam. Mən yaşamağı ən çox da içimdə inkişafdan qalan, doğa bilmədiyim, bəxtsiz yaşadıb, vaxtsız öldürdüyüm özlərimdən öyrənirəm.
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...












.jpg)






















.jpg)


