Köşə
Ovcumuzdakı xətlər nədən xəbər verir?
Leyla Sarabi
Bayram müddəti uzandıqca içimdəki xaos sürətlənirdi. Çox çətindir, əzizim. Məşəqqətdir! Evin otaqlarını parıldatdıqca, pasın, kirin içinə tökülür. Elə bil, əllərinlə öz saçından tutub bataqlıqdan çıxartmağa çalışırsan. Nəticə: ovuclarındakı düyünlənmiş xətlər, palçığa bulaşmış sinir sistemin.
Əslində, təmiz ev terapiyasına inanıram, zəfəranlı plov qoxusu mətbəximin döşəməsinə hopanda özümü ikiqat xoşbəxt hiss edirəm. Hələ o döşəməyə damcı ləkə düşdümü, saçımı əlimə alıb, bircə-bircə silməyə can atıram. Əslində, evimin divarlarından ibarət həyatıma düşkünəm. Qapı arxasındakı, eyvanın önündəki həyata yadırğamaqdan doğma tamım yoxdur. Bir də təzə dəm çayın dumanı rəfdən boylanan “Balaca şahzadə”nin planetində küləkləyirsə, nirvanamın buludlarında ayağımı yelləyirəm. Elə evdəki balaca şahzadə də mətbəx anasından planetlər boyda məmnun qalır. Əlini hansı pəncərədən uzatsa, anasına toxunur.
Bizim kişilərin qanına yatıb axı, günəşin enerjisini anasından, qadınından sovurmaq. Bəzən də qadını günəş yerinə qoyub, boynuna ən qaynar borc yükləmək. Biz qadınların ən çox da genetik yaddaşına heyranam. Planetlərimiz bozarıb solmasın deyə növbədənkənar yanmağa da razı gəlirik. Günəşin təbəssümünü də üzümüzə tikirik. Bu, nədir ki?! Bir cüt ovuciçi ovuc öz kölgəsində canavar tapsın deyə həvəsimizi qursağımıza tikirik. Sevdiklərimiz dünyaya qucaq açsın deyə bəzən barmaqlarımızı bir-birinə tikirik. Yetmir, gecənin söküyünə gündüzləri yamayırıq. Sonsuz-sonsuz səmada parıldamağa nə var ki?!
Gücün çatır, gəl, ikigöz komanı işığınla doldur. Əlini göynədən bumbuz soyuducuda utancından küncə büzüşmüş bir ovuc ərzaqla qazanı doyur. Bax... Evdə qalmaq mənə hər dəfə bütün qadınları bütün kişilərin əvəzinə sevməyi öyrədir. Zarafat deyil, bədənimizə doldurduğumuz enerji banklarını limitsiz istifadə edirik. Əslində romantik tərif ayinlərini 5 dəqiqəlik kənara qoyub, məntiq kitabımı açsam, qulağından 5 sırğa asaram. Mətbəx tozu silməyə həsr etdiyin zamanından bir çimdik də ciyərlərinin pasını təmizləməyə xərclə. Balana hər küncdən uzatdığın əlinlə hərdən özünü də bir çömçə güvənlə bəslə. Qoy ərin də hərdən səninlə bişirmədiyin xörəyin yox, fikrinizin uzlaşmadığı əsərlərin mübahisəsinə girişsin.
Evin sənin yuvandır, planetin deyil. Özünü küçəyə at hərdən. Özünü müqayisə etməyə bol-bol seçimin olsun ki, tənhalığın ümidsizliyindən sutka boyu şəninə tərif yağdırmayasan. Sosial hesabına yox, sosial həyatına bəzək ver. Cibində 5 manat qazancın, önündə acı kofen, ürəyində şirin arzuların köpüklənsin.
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı



























_(1).jpg)









