Köşə
Həyatımızdakı zəhlətökən rejissorun kimliyi
Leyla Sarabi
Pis-yaxşı hər birimizin həyatı unikal kino ssenarisidir. Nə olsun ki, Torantinonun dininə sitayiş etmirsən. Yaxud Marina Vladi kimi Kusturitsanın filminə dəvət alıban, yarı qolda qalmırsan.
Əslində, hər birimizin həyatının bir Kusturitsası var. Kənardan sevimli dahi, yaxından zəhlətökən xuliqan. Sağ silueti sönməyən ulduz. Sol yanı paslı dəmir. Öncə şirin dillər töküb, filminə çağıracaq. Bütün baş rollarını yaxana yapışdıracaq. Enerjini sovurub filminə axıtmaqdan ötəri dəridən çıxıb, qabıq dəyişəcək. Sən də öz növbəndə ruhundan yeni obraz yoğurub, güzgülərə dost olacaqsan. Vaxt macalın qalmayacaq, nahara ssenari, axşama ssenari, gecə acıb, soyuducu qabağında baxışmağa yenə ssenari... Hətta dietaya yağlı-duzlu ssenari.
Bədənin su miqdarı yerini yeni obrazına ötürən məqamda rejissordan xəbər gələcək: “Alınmadı. Bəlkə başqa səfər. Başqa filmdə...”
Əzbərlədiyin bütün kəlmələrdən qurtulmaq üçün ağrı detoksuna keçirsən. Bədəninə ağırlıq edən artıq cümlələr gözlərini didə-didə tökülür. Bəlkə də ali həqiqətə təmasın üçün bu çöküşə möhtacsan.
Sonra bir gün mənasız söz yığınını ayağının altında qatlayıb, qamətini dikəldirsən... Öz filminin lentini əlinə alıb, yola davam edirsən. Bu dəfə daha azad, daha “öz”əm deyirsən. Quruluşu da, ssenarisi də, aktyor seçimi də sənindir. Artıq tale yolunu nə Kusturitsanın, nə də Allahın çiyninə yükləyirsən. Filminin kastinqi də dilinin altında gizlənib. Mənfi qəhrəmanı həyatında saxlayıb, ekstrim dolu səhnələrə susamısansa, ağrını ssenaridən çıxarmayacaqsan.
Gedişatın duzu-bibəri də öz əlindədir. İzləyici reytinqi xatirinə bəzən səmtini dəyişib, izindən azacaqsan. Yoracaqsan, yorulacaqsan. Qınayacaqsan, qınanacaqsan. Amma dənizlə səmanı eyni anda birləşdirib ayıran xəfif xətt kimi ətrafınla sərhədini çizəcəksən. Tısbağaya haqq verəcəksən. Çiynindəki çıxıntını kimi qanad, kimi qalxan biləcək.
Kitabların gizlətdiyi, müdriklərin demədiyi çılpaq həqiqəti dərk edəcəksən - Bu mənim filmimdir. Müəllif hüququ da özümündür. Bu gündən başqasının ssenarisinə meylim yoxdur. Nə yaxşı ki, öz filmimdə köməkçi obraz deyiləm.
-
Magazin206:16"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO
-
Səhiyyə05:15Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI





































