Köşə
Ata, Oğul və Müqəddəs ruh eşqinə!
Leyla Sarabi
Ata, Oğul və Müqəddəs ruh eşqinə!
Həmişə bu ifadənin sehrinə inanmışam. Hətta dinlərə qarşı tolerant davranışımın formalaşmadığı yetkinliyimdə, hətta qadın gücünə sitayiş edib feminist dalğasının köpüyünə çevrildiyim günlərimdə və hətta xristianların yurduna köçüb, kilsələrin memarlığına heyran qaldığım ziyarətlərimdə qulağıma üfürülən bir cümlədən durulmuşam: Ata, Oğul, Müqəddəs ruh adına!
Mənim üçün bu 3 isim Tanrıdan, İsadan, gəlmiş-keçmiş pak ruhlardan da doğma idi. Sən demə, o məqamda qanı qanımdan kişilərin içinə səpilən Qarabağ yağışı ən cəsur kimlik yetişdirmiş canlarında. Sən demə, səbrlərinin kasasını qaşıqlayıb, canavar cəsarəti udublarmış.
Müharibənin ögey üzünü uşaqlığımdan tanısam da, mənim üçün bayraq ölkəmin pasportu idi. Getdiyim uzaqlarda görüb kövrəlsəm də, oğluma körpəliyindən Avropa Şurasının önündə dalğalanan 3 rəngin mənasını tanıtsam da, qürbətdəki evimizi onunla bəzəsəm də, bayrağımı göstərişsiz sevməyi mənə öyrədən bayraq kişilər.
Bu torpağı tarixdən xəbərsiz böyüyən uşaqlar qaytarmadı. Savaş sübut etdi ki, bu torpaq tarixdən xəbərsiz uşaqlar böyütməyib. Qürbətdəki karyerasının zirvəsindən enib, Qarabağın yüksəkliklərinə qalxan həkimlərin, memarların, dişi ilə şəhid yoldaşını odun içindən dartıb düşmənə təslim etməyən rəqqasların, son bəstəsini Qarabağın qucağında oxuyan xanəndənin, cismi müharibəyə yararsız, ruhu savaşın oduna atılan yarımcan ərlərin gövdəsindən qopmuş budaqlarına borcluyuq Zəfəri.
Hələ də telefonun ekranına kilidlənib həmin "Ata"nın zəngini gözləyən körpələrin, artıq kimliyini dəqiq bildiyim "Oğul"un məzarını ağac kimi sulayan anaların, torpağın altını üstündən dəyərli qılan "Müqəddəs ruh"ların adı imiş içimə hopan.
Zəfər sənə çox yaraşır, Vətən! And verirəm sənə Ata, Oğul, Müqəddəs Ruh eşqinə, üstlərinə sərdiyin torpağına bir də heç kim göz dikməsin!
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI
-
Hadisə23 İyun 20:36Ağcabədidə itkin düşən əmioğlular paytaxtda tapıldılar - FOTO/YENİLƏNDİ
-
İKT23 İyun 20:24"ChatGPT" və "Claude" ÇÖKDÜ






































