Köşə
Dünyanın ən varlı adamı olmağın yolları
Leyla Sarabi
Dünyanın ən təbii düzəni var. Kişi qadına, qadın övladına aşiq olur. Amma nə kişi, nə də qadın yoğrulan xəmiri eşqəmi, kif atmış qara ləkəyəmi dönəcəyindən sığortalamır. Kiminə görə cinsiyyətin iflicliyi, kimi üçün də artıq əziyyətdir təkuşaqlılıq sindromu. Bu təzadlı cəmiyyət bəzən məni də şübhəyə salır. Bəlkə çox uşaq həqiqətən bərəkətdir? Bəlkə elə Allah ruzisini də potensial övladlarımızın ayağına bağlayıb, bizdən hərəkət gözləyir?
Əsla, əsla ögey düşüncələri qınamıram. Ümumiyyətlə, kimsəni qınamıram. Hətta səfalət içində dünyanın varlı insanını böyüdən Mey Maskı da...
Hərdən düşünürəm ki, İlon Mask Ekzüperinin balaca şahzadəsinin prototipidir. Etiraf edək ki, fantastik İlonu son vaxtlar hətta mətbəximizdəki soyuducu, küçədə gəzişən avara pişiklər də tanıyır.
Onun planetə sığmayan şöhrətini (pulunu) mükəmməl təhsilinə, tərbiyəsinəmi borcluyuq?
Əsla!
İlonun özündən də fantastik model anasının ən primitiv güzəranı...
70 yaşında ən bahalı podiumları bəzəyən Mey Mask etiraf edir ki, vaxtilə düz 5 işdə çalışıb övladlarının bir boşqab yeməyini təmin edirmiş. O, həm model agentliyində işləyir, həm nutriologiya üzrə ikinci magistr təhsili alır, həm dietoloq kimi fəaliyyət göstərir, həm də Toronto Universitetində çalışırmış ki, övladları orada pulsuz təhsil alsınlar. Bir yandan da modellik kurslarına rəhbərlik edirmiş.
Dünya qadınlarının ilham qaynağı olan Mey deyir ki, artıq pulumuz yox idi. İlk maaşımla bomboş evimizə xalça aldım ki, quru yerdə oturmayaq. İkinci maaşıma isə İlona kompüter aldım ki, xalçanın üzərində oturub işləyə bilsin. Qızım Toska çox balaca olsa da dərsdən sonra mağazada işləyib pul qazanırdı.
Bəlkə də bu nağılların bizim qitəyə vizası yoxdur. Bəlkə də biz nağıllara inancımızı formalaşdırmağa macal tapmamışıq. Və bəlkə də biz nağılların çarxında dönərkən ovcumuzdakı gerçəyi töküb dağıtmışıq.
Hər halda mən sevgimin yetməyəcəyi yumurtalar bəsləməyə qorxuram. Əlimdəki faberjenin ömür boyu tozunu silib parıldatmaq vəzifəmi dərk edirəm.
Bir də qızıl yumurtamın suallarını cavablamaq öhdəliyim var. Məsələn, qacetdən tanıdığı dünyanın o özünüdəki qadın cildinə girən kişilərin dərdinə izah verməliyəm.
Yox, yox... insanların orientasiyası ilə dərdim yoxdur. Ətrafımı bəzəyən hər irqdə, bədəndə, cinsi azlıqda çoxluca insan var. Dostlarımın ruhuna aşiq oluram. İntiminə sədd hörürəm.
Amma insanların “stilist” bəhanəsi ilə qarşı cinsə bürünüb sonra da soyunmağını dərk etmirəm. Bu, heç bir beynəlxalq normaya, humanizm prinsiplərinə sığmır.
Demək ki, dünyanın ən təbii düzəni var. Kişi kişiyə, qadın kişiyə, qadın qadına aşiq ola bilər. Amma bunun da ilahi estetikası, qəlibi olmalıdır.
Qadın gələcək övladına aşiq olmaya da bilər. Buna rəğmən törəmək vərdişindən əl çəkməlidir.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


