Köşə
Yaranı deşməyin vaxtıdır
Leyla Sarabi
Həyatın bir məqamında ovcumuzdakı xətləri silib yenidən çəkmək lazımdır. Və bunu palçıqlı küçələrdə boğaza qədər boğulduğumuz bərbad günlərdə yox, zehimizin şiş kimi ruhumuza batdığı gecələrdə etmək gərəkdir. Məsələn, mən kapasitemin səfərbər olub, mənfi 4 dərəcə gözümün aya toxunub üstümə qayıtdığı saatlarda tanıyıram özümü.
Əslində bizim problemlərimizi çözə bilməməyimizin günahkarı bol işıqdır. Qara nöqtələrimizi öz rənginə boyayan hüdudsuz günəş. Və mən əminəm, cəmiyyət 1 həftə qaranlığa məhkum olsaydı, dərdini dəstləyib içindəki acını aya qədər axıdardı.
Bir də əminəm, külqabının içində eşələndikcə, öz üfunətimizdən boğulardıq. Dərdlərimiz içi irinli yara kimidir. Deşməsən, sağalmır. Bağlayıb qaynatmaq yerinə açıb küləyə yem etməlisən. O sancını elə həmin gün çəkib, ovcuna yeni yollar çəkməlisən.
Bəzən də zirzəmiyə enib, tanımadığının sifətinə toxunmalısan. İnsanın bəzi duyğuları bədənindən daha intim, daha çılpaqdır. Onu həzm etməkçün özünlə arandakı pərdədən qurtulmalısan.
Və əgər hər yaşa dolduğun il sənə yeni kimlik qazandırıb, bəzən də olmaq istəmədiklərinə çevirirsə, qınadığın hekayələrin mərkəzinə atırsa, ömrünü qadağalarına, əzbərlərinə yormağa nə hacət?!
Elə məsum axmaqlıqdır ki, sonadək doğru sandığın yolla getmək istəyin. Özünü ovuc içi qədər tanımaq iddian. Həyat müqabilini içinə həbs etməyin..
İnan mənə, mərhəmətdən başqa hər şeyin qəbir nöqtəsi var. Və əgər həyat belə rabitəsiz düzənə tabedirsə, niyə sevdiyini sınayıb sonra ömrünə yoldaş edəsən?!
Əslində bəlli situasiyalaradək insanları tanıdığımızı zənn edərik. Amma necə böyük səhv edərik.
Bəzən bir otağa gen gələn ögeylikdir münasibət. Qapısını qıfıllarla bəzəsən də divarları uçurub qaçan doğmalıq uzaq-uzaq sərhədlərin qandalını qırıb, nəfəsinə dolursa, yaranı deşməyin vaxtıdır.
Sevgisizlikdən yoruldunmu, məkandan, zamandan, qabığından ayrılmalısan. Mövlananın aksiomunu puç çıxarıb dünyanın altının üstündən gözəl olmadığını dərk etsən də, açdığı cığırın sonunda daha cilalanmış sənlə rastlaşacaqsan.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq





































