Köşə
Sevgi bəxşişdir
İnsan cəngəllikdə yaşamır deyə, həyatı pambıq buludlar üstündə keçmir. Orqanları düşüncənin quyruğuna düzsək, bunun dovşanını da, ayısını da, canavarından çaqqalına, maralından pələnginə hamısını dərisindən tutmuş iliyinədək gəzdirdiyimizə heyrətlənərik.
Vəhşi təbiət konstitusiyasını özü yazır. Heyvanlar aləminə nə qədər ədalətli desək də, içimizdəki vəhşini oyadan çox məqamlar var.
Məsələn, maral ömrünü pələngə yem etməməkdən ötrü sübhün ən şirin saatında yuxusuna haram qatıb, yarımayıq gücü ilə qaçır. Pələng maralın planından hali olduğu üçün gecədən zəngli saatını maralın ayaq sürətinə qoşub yatır.
Taa ki, bir gün maral canını pələngin dişinə tapşırana qədər qaçdı-tutdu rutini davam edir.
Həyat kimi...
Ömür boyu 3-5 qəpik uğrunda pələngdən qaçmağımız azmış kimi, günəşlə təmasımızı minimuma endirən gizli kameralar bəs etmirmiş kimi bir də içimizi gəmirən vicdanla əlləşirik.
Məsələn, mənim şüurum hər gün mədəmdən tez oyanıb meşənin ən səssiz küncünə qaçır. Bir neçə dəqiqə fərqlə mədəm oyanıb zehnimi də, bonus olaraq əlinə keçən, gözünə görünən ən dadlı yeməkləri çeynəmək ehtirasına bürünür.
Murakami də deyir ki, çəkisini stabil saxlamağa can atan köklüyə meyilli insanlar həyatda daha çox uğur qazanır.
Niyə?
Çünki ömrü artıq çəkidən tutmuş nəfsinə yenilmək istəmədiyi, digər məsələlərin həllinə qədər bütün vacib detallara yönəlir.
Əslində, hər şeyin sonunun olduğunu dərk etmək sonsuz xoşbəxtlikdir. Əslində, ölümlə əl-ələ yaşamaq həyatımızı asanlaşdırır.
Və bu harmoniyanın içində hər iki dünyada diri qalmaq, yaşamaq, yaşamağı bacarmaq gərəkdir. Doymaq üçün özünə qurban seçmədən, paralel məqamda da özünü düşmənin ağzına saqqız etmədən, əzmədən, yıxmadan, dağıtmadan, amma özünə də zərər vermədən qızıl ortanı seçmək.
Bunun yalnız bir yolu var - sağlam sevgi. Bəlkə də bu nəticəyə varmaq uzun zaman alacaq. Hətta bəziləri ömrünün sonunadək duyğularının davasını dinləyəcək. Amma sevginin ruhu xəstədirsə, ömrünüz qaçdı-tutdu oynamaqla keçəcək.
Pələngə maraldan, dovşana yalquzaqdan, mərhəmətə çirkabdan dost olmur. Sevgi bəxşişdir. Kim deyir ki, qarşılıq gözləmədən özünü tükədəcəksən?
Mədəsinə, ürəyinə, sinirlərinə düşmən yox, dost olacaqsansa, o balansı qarşılıqlı qoruyacaqsansa, sevirsən.
Ürəyinizə çoxlu məhəbbət toxumları, mədənizə sonsuz rəngli kəpənəklər...
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ




































