Köşə
İndiyədək onsuz necə yaşamışam?
Bəzən boynuna almaqdan qorxduğun yükü çiyninə alıb daşıyırsan. Hər ötən gün bir az-bir az alışırsan yükünə.
Hətta bir gün özünə elə yuva qurur ki, bünövrəsi sən olursan. Ağac yerə kök atan kimi ürəyindən güc alır. Sən onunla, o səninlə bütöv bir "mən" olursan. Hara getsən, səninlədir. Tənhalığın belə onsuz tənha qalıb darıxmasın istəyirsən. Addımını basmağa yer tapmadığın izdihamda çiynindəki canın yenə səninlədir, səndədir.
İndiyədək onsuz necə yaşamışam? Yəqin onsuz çox qəribə məxluqmuşam. Bəlkə cansız-qansız ən sadə bir əşyaymışam? Kimsə məni qaynar odda əzab çəkən qazan görüb, kiminçünsə cırıldayan dəmir qapı olmuşam. Mənə qalsa, şəffaf şərab qabı olardım. Boğazıma qədər dolu al qanımı ətri, dadı ilə öz rəngində hər yanımdan keçənə, hər gözümdən içənə göstərərdim. Və hamını sərxoş edib, özüm ayıq gəzərdim.
Amma indi durum daha qəlizdir. İndi sanki mən məsciddə sərxoşam. İçimdəki vicdan yükü çiynimdəki eşq yükündən iki dəfə yüngüldür. Mən onunla üfunətli çirkablarda məhəbbət simfoniyası oxumağa məcburam. Yükün səndən güc aldıqca sən altında səhra qumuna dönüb çat atırsan. Bir gün onu daşımaqda aciz qalıb canına min can sığan gənc torpağa tapşırırsan. Yolun uzun, vaxtın qısa...
Mənzilinə qayıdırsan. Ac yuxusuzluq çökür haldan düşmüş gözlərinə. Bəlkə də bir əbədiyyət yuxusu yatıb, bir baharda oyanırsan. Hər yan firuzə, hava nərgiz, amma yenə yarımsan. Hüceyrəmdən oyanmaqçün nəyim çatmır görəsən? Çiynimdəki yük yerim bomboş qalıb deyəsən.
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama


















.jpg)



















