Köşə
Gəlməyəcəklərin yasını tutmaq zəifliyin göstəricisidir
Alışdığın vərdişini, çərçivəsini aşmaqdan qorxduğun mühiti, qucaqlayıb yatdığın xatirələrini unutduqca cismi xəyanətin merkantil məqam olduğunu dərk edirsən.
Hələ 1 ay əvvəl ürəyinlə bəslədiyin əhatənə bu gün naringi içinə zorla yamaq edilən sarımsaq dişi kimi yad qalırsan.
Əsas məsələ naringinin xoş ətri, yaxud sarımsağın üfunəti də deyil. Kiminin üfunəti sənin komfort zonan da ola bilər. Əsas olan zahirən fərqlənməyən qabığının artıq yadlaşmış mühitdə içindən çürüyüb yox olmağıdır.
Nə qədər qəddar səslənsə də, canlı olan, daha doğrusu, canlı qalmağa can atan nəsnələr zaman və məkan dəyişdikcə yenilənməli, forma dəyişdirməlidir.
Yoxsa kütləşib cəmiyyətə də, özünə də ziyanlı alətə çevriləcək.
Məsələn, əminəm ki, bir zamanlar qələminizin son mürəkkəbini, çörəyinizin ən dadlı tikəsini böldüyünüz sinif yoldaşlarınızla bu gün paylaşmağa mövzu tapmırsınız.
Bu durum sizin əsla qəddar bədheybətə, daşa, dəmirə çevrildiyinizin göstəricisi deyil. Sadəcə, həyat sizi dənizin müxtəlif sahillərinə çırpıb sağ qalmağı öyrədir. Və bu bilik həyatınıza məktəbdə üyüdülüb zehninizə səpilən dərslərdən daha çox yön verir.
Mən əsla həyatının hər mərhələsində özünə yeni əhatə qazanıb, səni “sən” edənlərini unutmalısan demirəm. Bu həm də şəxsiyyətinə ağır zərbə vurmağın deməkdir.
Çünki həyatının hər ili ilə səni səndən yaxşı tanıyan seçilmişlərini, ən məhrəm anlarını ovcunu doldurub vidalaşdığın kimi, hər tamaşanın sonunda da öz tədarükünlə zaldan çıxırsan.
Yəni, indi səni dövrəyə alan 10 nəfərin biri, 1000 yarpağın ikisi, 3 dərsin bəlkə də hamısı ölənədək əlini buraxmayacaq.
Buraxsa da, üzülməməyi öyrənməlisən.
Bəzən beynindəki kitabxananın bütün romanlarını, hekayələrini, gərəkli-gərəksiz həyat hadisələrini təsvir edən şeirlərini yandırmalısan ki, yeni səhifələrini cızma-qara ilə doldurmağa taqətin qalsın.
Beynində toz basmış kitablarını səyyah kitabxananın nəməlum rəfinə qoymağı, mumiyalanmış adamlarını torpağa basdırmağı, istifadə etmədiyin kəlamlarını yelə verməyi öyrənmədən ruhun zehnini, zehnin də bədənini kifləndirəcək.
Ömür boyu gəlməyəcəklərin ardından ağlayıb, matəmə batmaq zəifliyin göstəricisidir.
Zamanı, mühiti özünə tabe edə bilmirsənsə, fiziki gücünlə öyünmə.
Çünki sevmək gəlməyəcəklərin yasını tutmaq yerinə, ona bələdiyin enerjini möhtaclara paylamaqdır.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























