Köşə
Körpə kenqurunu övladlığa götürən rəssam kimdir?
- Nağıl istəmirəm bu gecə. Allahı izah elə mənə.
- Toxunduğun, gördüyün hər şeydir, hər kəsdir Allah. Üzünü turşudub əlinlə itələdiyin xörəyin bir tikəsini bölüşən mədəsi büzüşmüşlərdir Allah. Sən yedikcə doyduğum süfrədir Allah.
3 il əvvəl səni parkda itirmişdim. Dəli kimi dünyanı ələyib balaca canını milyardların içərisindən qumdan qızıl kimi tapıb çıxarmaq istədiyim o anda ürəyim durmuşdu. Zamanı, məkanı iliyinə doldurub səni mənə gətirən tanımadığım zənci qadın idi Allah.
Gələcəyini bəzəməkçün səndən ayrı keçən yorğunluğum, gülüşün üzündən sürüşməsin deyə arzularımı uyutduğum susqun vulkandır Allah. Hər ayrılığımızda səni içimə basdırdığım bədənimdir Allah.
Anasız körpə kenqurunu övladlığa götürən tanımadığın o rəssam qadındır Allah. Caynağımla basıb öldürmək istəyəndə əzizləməyə başladığın süfrədə gəzişən mikro qarışqaya məndən analıq etməyimi istəmişdin. Az qalsın qan qoxan əlimi geri çəkə-çəkə razılaşmışdım. Sən yetimliyi yad boşqabdan dadma deyə, səfil küçə heyvanlarına etdiyim analıqdır Allah.
Allah azan deyil, oğlum. İçindəki vicdanının pıçıltısıdır. İlahi eşq görmədiyin mifə xatir bağışlantıya çevrilən nəzir qutusu qəlibində soyuq qütb deyil. Nəfəsindən qopub qara daşı göyərdən bucaqsız enerjidir. Sən o enerjinin hüdudsuzluğuna inananda özün Allah olursan. Həyata mikroskopla baxsan, görəcəksən. Allah 99 ada sığacaq qədər kövrək körpə deyil. Hələ danışılmayan bütün dillər, gələcəyin küləklərində əsən çağırışlar, həllini tapa bilmədiyimiz tənliyin məchulu, savabsız, cavabsız sevgilər, ayazın episentrində oturan bomja qısılıb onu şaxtadan qoruyan küçə itidir Allah.
Hər gün çəkib həzz aldığın rəsmlər, saatlarla ovcundan silib təmizləyə bilmədiyim rəngli boyalardır Allah. Mənim ən böyük ağrım da, eşqim də sənsən. Sənsən Allah, oğlum.
- Müəllimimiz belə demir axı. Deyir, Allah göydə olur. Oradan bizə baxır. Özümüzü pis aparsaq, bizi donuz balasına çevirəcək.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























