Köşə
Koronavirus maskamızın altında can verir
Dünyanın ən böyük arzularının içində yaşasan da, arxanca qara kölgə qovacaq.
Kainatın özünə qıymadığı gələcəyini hava şarına doldurub göyə uçsan da, o kürənin ortasına iynə batıb, səni yerdən göyə tullayacaq.
Ümumiyyətlə, bəzilərinin axmaq kimi xoşbəxtliyə təslim olduqları kimi pessimist mənasızlar cərəyanı da var.
Tarixən sivilizasiyalarda absurd düşüncə mövcud olub. Dünyagörüşü zəngin, intellekti yüksək, istedadı limitsiz insanlar daim bədbəxt gəzib, küçələrə səpələnməlidir. Aldığı nəfəsdə də ölüm fərqindəliyini bəyan etməlidir. Şeirləri, beyin yoran fəlsəfəsi cəmiyyətə bəd dua axıtmırsa, həyatı da bomboş yaşayır deməkdir.
Necə səhv yaşamışıq. Qlobal isinmənin, təbii, süni fəlakətlərin fonunda necə də qapqara dinozavr yumurtalarına bənzəyirik.
Bəlkə də yarasanı şərləyən cani planetin virus bəhanəsilə ətrafımdan qopardığı doğmalarım, haqq savaşımızdakı nahaq yerə göyə sovrulan ana quzuları, ağzındakı zəhəri kəsib ata bilmədiyimiz xərçəngin yeyib bitirdiyi anam bütün ağrılarımı qıcıqlandırıb dadmadığım acı saxlasaydı, hələ də oyatmaq istədiyim kədər paketlərim olacaqdı.
Məsələn, bibəri yeməyinə çimdiklə yox, qaşıqla səpib yeyirsənsə, ağzının yanmaq qorxusunu, burnunu qıcıqlandıran qətran qoxusunu zehnində rutinə çevirirsən.
Hələ dünən peyvənd növbəsinə durduğumuz, ciyərimizi buza çevirəcəyindən qorxduğumuz koronavirus bu gün maskamızın altında can verir.
Bəlkə də fəza bizdən ən pozitiv cümlələr, sapsarı düşüncələr dilənir. Bəlkə gecikmədən uşaqlığımızın kif basmış travmalarını içimizdən söküb suya axıtmaq lazımdır.
Məndən çarə soruşsan, zindanımızda təkrarlamaqdan doymadığımız “özümə də etiraf etməkdən qorxuram”ların qandalını qırmaq lazımdır. Bəzən ən çox qınadıqlarının izi ilə getməlisən ki, öz doğrularını müəyyən edəsən. Uşaqlıqdan zehninə möhürlənənləri deyil, öz səhv meyvələrinin içindəki doğru toxumları tapmaq üçün.
Bəlkə də ən böyük uğurum ağacların dibində basdırılan gizli şifrələri bir yerə topladıqca həyatımdan "gecdir" sözünü çıxarmağımdır.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar















.jpg)























