Köşə
Hamımız vicdanlı yalanlara möhtacıq
Hər kəsin problemlərlə öz mübarizə üsulları var. Düşdüyü duruma uyğun təcrübəsini işə salır.
Bəzən ən çətini - yalanı seçirik. Sonra özümüzün də unudub dilimizin dolaşacağı yalanları... Elə o anda da uydurğumuz mükəmməlliyimizin izi silinir.
Son günlər məni ən çox da yalanın fəlsəfəsi düşündürür.
Yalan danışmaq təbii ehtiyacdır, şübhəsiz. Bəzən həqiqəti söyləyəcək qədər qəddar olmamağın, bəzən də önündəkinə son yaşamaq şansı verməyin deməkdir.
Yalanın ömrü bəzən 40 gün yox, 40 əsr də davam edə bilər. Bu da önündəkinin sənə inanmaq həvəsinə bağlıdır.
Məsələn, bir vaxtlar ya dəbə uymaq, ya da içimdəki uşağa fərqli fikir yedirmək gərəyi duyan mən bərkiyən şəxsiyyətimi Oşo ilə bəsləyirdim. Onun özündən qeyrisini inkar edən müqəddəs kimliyinə tapınırdım.
Oşo dinləri inkar etsə də, əksər hallarda peyğəmbərlərə imitasiya edib xəstələnirdi.
1988-ci ildə ayin təkrarlanır. Sağaldıqdan sonra hər kəsi aşramında ətrafına toplayıb, yaponiyalı falçıdan gələn məktubu oxuyur. Qadın məktubunda Qautama Budda tanrının xəstəlik müddətində Oşoda yaşadığını deyirdi. Oşo öz növbəsində bu iddianı təsdiqləyir və deyir ki, Budda onun vücudunun qonağı olub. “Mən sahibəm, o isə qonağım. O, məni çox gözləyib. Düz 25 əsr boyunca bulud tək uçub, özünə uyğun vücud axtarıb. Sonunda isə məni tapıb. Çünki mən buddist deyiləm, Buddanın özüyəm. Siz də belə düşünün. Biz hərəmiz bir tanrıyıq. Mənim insanlarım heç bir dinə aid deyillər. Onlar hamısı mənim dostlarımdır. Bizi din yox, dostluq birləşdirir. Hətta mən buna dostsevərlik deyərdim, çünki dost sözünün məsuliyyəti böyükdür. Dost sözünün əsas anlamı sonsuz azadlıq olmalıdır.
Oşo söhbət zamanı əlavə edir ki, Budda onun vücudu ilə indiki dünyamıza baxıb məyus oldu: Bunu təəssüf hissi ilə qeyd etməliyəm ki, o, daş kimi bərkiyib. Çox vaxt dinlər deyir ki, insan sağ tərəfi üstündə yatmalıdır. Axı niyə? Mən hər iki tərəfimi eyni dərəcədə sevirəm. Hər iki yanımı eyni dərəcədə işlədirəm. Ümumiyyətlə, yer üzündəki hər şeyə eyni məhəbbətlə yanaşıram. Bütün bunları Buddaya da danışdım.
O, gündə yalnız bir dəfə yemək yeyirdi. Acanda bunu məndən tələb edirdi. Özü də çeşidli yeməklər istəmirdi. Balaca bir kasada az miqdarda yeməklə doyurdu. Bir dəfə mən cakuziyə girdim. O, bunu çox bahalı həzz saydığı üçün imtina etdi. Ümumiyyətlə, gündə iki dəfə çimməyi artıq hesab edir. Bundan sonra mən ona dedim ki, daha bəsdir. İndi öz səmana qayıt. Məni anla. Azad insanam, özü də bu müddət ərzində sənə pis sahiblik etmədim. İndi sizə də deyirəm. Bu, artıq mən özüməm. Sadəcə mən...
Əslində hamımız kimi Budda Oşonun üzərində öz məğlubiyyəti və qalibiyyətidir. Lakin bunu anlayanadək çoxumuz özümüzü çay daşlarının arasına düşmüş səmavi qüvvə zənn edirik. Bu yalanın içində yaşayıb-yaşamamaq isə öz seçimimizdir.
Maraqlısı odur ki, Buddanın ruhu bədənindən çıxandan sonra Oşonun enerjisi ən yüksək həddə çatmışdı. Onun söhbətlərinin müddəti də uzanmışdı.
Necə ki biz ən böyük yalanımızı əsaslandırmaq üçün gərəkli-gərəksiz məntiqə dayanırıq. Önümüzdəkini sözlərimizlə hipnoz edirik. Əsas odur ki, uydurduğumuz yalanlar ali səbəbə söykənsin. Çünki hamımız eninə-boyuna vicdanlı yalanlara möhtacıq.
-
Hadisə10:50“Zelenoqrad Çikatilosu” öldürüldü: Qadın qatilini Ukrayna ordusu məhv etdi
-
Dünya10:30Trampa qarşı şok iddia: Çıxışlarından bir neçə saat əvvəl...
-
MDB09:24Dobnbas şaxtaları uğrunda döyüş: Rusiya strateji nöqtələri ələ keçirdi
-
İdman09:12Rəhim Həsənov niyə istefa vermir?
-
ABŞ09:00O da Tramp administrasiyasını tərk edir
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı
-
Ekologiya07:55Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə - Video
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir



















.jpg)
















