Köşə
Gündə əhval dəyişən adamlar
Dəyişkən havanı çox sevirəm. Bir gündə bütün fəsilləri dadmaq həvəsim var. Yağışdan sonra asfaltı qurudan günəş, bürkünü oyadan duzlu dəniz küləyi əhvalımı əsla pozmur. Hətta isti yay mövsümündə istirahət planımla oynayan güclü gilavardan da zövq alıram. Əslində havanın əhval dəyişməsi təbiətin öz aləmində yaşamağı və bu enerjini qucağında bəslədiyi canlılara ötürməyi deməkdir.
Amma insanlar özlərini təbiətə bənzədəndə çox saxtalaşırlar. Mən insanları tanıdığım qəlibdə qəbul edib sevirəm.
Doğrudur əslində qarşımızdakını sevmək eqomuzla düzmütənasibdir. Məsələn əksərən insanları bizə sərf etdikləri müddətcə sevirik. Onların sevgisi özgüvənimizi bəslədikcə qəbul edirik. Ətrafımızdakılar bizə ötürə bildikləri müsbət enerji qədərdilər.
Bəzən hətta incitdiyimizin, yorduğumuzun, sıxdığımızın elə bu səbəbdən də ovcumuzun içindən səpilib tökülüb uzaqlaşdıqlarının fərqində olmuruq.
Həyat alışdığımız lal rutinə tabedirsə, demək iki tərəfin ən az biri xoşbəxt deyil. Xoşbəxtlik uğrunda çabalamaq üçün isə ən boş susqunluğu fırtınaya çevirmək gərəkdir. Yalnız bu halda alışdığımız kliniki ölümü oyada bilərik.
Qarşı tərəfin özünü sizdən çox sevməsi qədər təbii heç nə yoxdur. Amma o sizdən də eyni şeyi tələb edib, özünü bütə çevirməkdə qərarlıdırsa, uzaqlaşın.
Mən böyüdükcə anladım ki, sevginin dili bəzən çox sərtdir, dadı acıdır. Əslində şirin rəftar etiket formasıdır. Qarşındakını dilinlə ram etməkçün sevməyin vacib deyil. Ümumiyyətlə sevgidən danışmaq yoxluğunu xatırlatmaqdır.
Mən son illər kobud adamların sevmək formasına aşiq oluram. Bəzəksiz, qorxusuz bədən dili heç vaxt yanıltmır. Sevgi mədəniyyəti, sevmək etikası hisslərimizi çərçivələməkdən başqa bir şey deyil.
Bəli, sevmək qarşındakının eybini içində çürütmək deyil bu eybi onu çürütmədən sandıqdan çıxarmaqdır.
Fəlsəfə bir yana mən gündə bir əhval dəyişənləri sevmirəm. Bu gün boynuna sarılıb sabah yanından yad kimi ötənlərin beyninin içindəki bozartının səbəbini axtarıram. Əslində bəziləri anlamır ki, içindəki aqresiyyanın kökü elə həmin səbəbdir, başqasına sirayət etməməlidir. Ən elementar etik qaydaları unudub, cəmiyyətdən hörmət gözləmək haqqınız yoxdur.
Bu gün qar yağdırırsınızsa, soyuğunuzun həzzini yaşayın, yayınız dönüb qış olursa, ətrafınızdakları cəzalandırmayın. Siz insansınız, təbiət deyilsiniz.
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar













.jpg)

























