Köşə
Problemi buzluqda dondurmaqlığımız...
Məncə, insanların əksər mənfilərinə göz yuma bilərsən. Böyüdüyün mühit, daşıdığın genlər, qəbul etdiyin doğruların, yanlışların, hətta bir otağı, yatağı, eyni ana rəhnini paylaşdığın bacı, qardaşın müəyyən hadisənin fonunda fikrinə düşmən çıxar. Bu da təbiidir. Ümumiyyətlə, gündəlik süni təbəssümlərin, yalançı səmimiyyətin fonunda mübahisələr, düşüncə ögeyliyi həyatımızın yeganə doğrusuna çevrilir.
Bəlkə də tək mən belə düşünürəm. Amma böyüdükcə rahat münasibət qurmaq çətinləşir. Hətta eyiblərinə göz yumub qoynuna basdığın dost-doğmanın da isterik davranışları, gözünü qaraldan ani eqoları aranızda hasarlar ucaldır. Və bir müddət bu duruma alışandan sonra o hasarın daşlarını yerindən tərpətmək həvəsin də sonür. Əslində böyümək münasibətlərdə adekvat davranan tərəf olmaq deyil. Ciyərini yoran ünsiyyətdən yan gəzməkdir. Qəribədir, əzizlərini, yaxınlarını itirdikcə, bu dünyanın, yaşadığımız gerçəyin də illüziya olduğunun fərqinə varırsan. Və bu ölümlər bir növ xarakterimizin üst-üstə vurulan immunitet peyvəndinə dönür. Təkrar edirəm, müdrikləşmirsən, əksinə, sənə yönələn əvvəlki səhvləri bağışlamaq yerinə problemi soyuducunun buzluğuna qoyub dondurursan. Özün də günəş axtarışında mətbəxdən, evdən uzaqlaşırsan.
Bəli, heç kim əzizlərinə, qan, can bağı qoruduqlarına tab gətirmək öhdəliyi ilə doğulmur. İnsanların sevgisini, anlayışını israf etmək haqqınız yoxdur.
Mən insani münasibətlərdə kifayət qədər tolerantam. Hətta məcburiyyət qarşısında həmsöhbətində həqiqəti (yalan deməyə dilim gəlmir) gizlətmək cəhdini də anlaya bilərəm. Amma bu yalan primitiv məişət məsələlərinə bürünübsə, qarşı tərəfin acizliyindən xəbər verir. Əlbəttə, dilinizi yerindən oynadan yalanlarınız da sizindir, amma sonradan unudub müxtəlif mühit və şəraitə uyğun uyduracağınız 5 fərqli variantın hamısı etibarınızı zədələyəcək.
Həyatınızı ələkdən keçirdərkən, getdikcə dikələn başınızın altında gövdənizin büküldüyünü də unutmayın. Əslində dost da, ailə də səni sən edən mənliyini tamamlayan parçalarındır. Birini tapmasan, yarım qalacaqsan.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı












.jpg)


























