Köşə
Qucaqlaşmağa gecikməyin...
Leyla Sarabi
İkinci Dünya müharibəsi... Alman ordusu Avstriyanı işğal edib, yəhudi ailələri əsir götürür. Əsirlərin arasında 12 yaşlı qızı və 6 yaşlı oğlu olan ailə də var. Uşaqlar qaçanda balaca oğlan təlaşdan ayaqqabılarını çıxardır. Valideynlərini tapa bilməyən bacının qorxudan gözləri donur. Bir tərəfdən də qardaşının məsuliyyətsizliyi onu özündən çıxardır. Uşağı döyə-döyə axmaqlıqda günahlandırır. Qatar Almaniyaya gəlib çatır. Əsirləri müxtəlif düşərgələrə aparırlar. Ailələr parça-parça, talelər çilik-çilik olur.
4 il sonra müharibə bitir. Həmin o qız da qəddini daş kimi əyən 4 yeni yaşını da ömür yoluna yükləyib azadlığa çıxır. İlk işi ailəsini, əsas da ayaqyalın qardaşını axtarmaq olur. Nə aclıq, nə vəhşi təcrübələr onu incidirdi. Təkcə qardaşının könlünü almaq istəyi, bir də vicdan əzabı ilə alışıb yanırdı.
Az keçmir ki, varlı yəhudi ailəsi ( "kasıb yəhudi" ən qısa lətifədir) qızı himayəsinə alır. Məlum olur ki, valideynləri də, qardaşı da elə əsir götürüldükləri gün güllələnib. Yəni qız qardaşının ayağı donar deyə qorxmaq əvəzinə, onu son dəfə qucaqlaya bilərmiş.
Hamımızın həyatında o qızın hikkəsi kimi düşünülməmiş yanlışlar, dozasını bol tutduğumuz aqressiya seli, sonrakı peşmançılığımıza dəyməyən mənasız “doğru”larımız var. Əslində hər birimiz bədəni su və qurusu ilə yanaşı, səhv və düzlərimizlə də balanslaşıb. Bu balansı qorumaq da, pozmaq da seçimlərimizə bağlıdır.
Dönə-dönə özümə təkrarlayıram. Məni qorxudan səhvlərim deyil, ən bəsit məqamlarda asanı seçmək yerinə qəlizə itələdiyim mənliyimdir. Bəzən bir mübahisə sadəcə qucağa sığır. Bəzən bir davanın öpüş boyda yara izi var. Bəzən müharibə hər iki tərəfin xeyrinə bitməlidir.
Sevgi, doğmalıq, ərk sıxmaq, əzmək, yormaq deyil. Ən çarəsiz məqamda da qucaqlamağı, düyünləri birgə açmağı bacarmaqdır.
Əlqərəz o qız da yeni ailəsi ilə ABŞ-da təptəzə həyata başlayır. İllər sonra klinika açıb, ən ümidsiz xəstələri bir-bir bağrına basır. Minlərlə körpənin ayaqqabısını ayağına geyindirir. Amma ovcundan uçmuş 6 yaşlı axmaq uşağın ayaqqabılarını tapmır ki tapmır...
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli qalan məqamlar üzə çıxa bilər
-
Sağlamlıq2 İyun 23:00Naringi yeyərkən yol verdiyimiz böyük səhv - Mütəxəssis açıqladı
-
Nəqliyyat2 İyun 22:48İctimai nəqliyyat ödənişlərində YENİLİK
-
Magazin22 İyun 22:36Dua Lipanın toy geyimindəki detal pərəstişkarlarını çaşdırdı - FOTO
-
İdman2 İyun 22:24“Fənərbağça” Levandovskiyə nələr təklif edib? - Detallar
-
Magazin12 İyun 22:12Əməkdar artist 38 il əvvəl - FOTO
-
Kriminal2 İyun 22:00“İçkiyə görə toy yasa döndü” - Video
-
Magazin12 İyun 21:48Gündə 3-4 taksi sürücüsünü "müalicə edirəm"




























.webp)









