Köşə
Çarlinin qismət hədiyyələri
Hərdən düşünürəm ki, yenidən valideyn olmaq üçün maksimal yaşımdan maksimim 5 il ötüb. Ona görə yox ki, tələskənliyimin, həvəssizliyimin əsiriyəm. Zənn et, içimdə 70 yaşlı qoca səs-küydən uzaq olmaq üçün işıqlarını söndürüb qaranlığa uzanır. Ətrafıma dolan insanların ünsiyyət məcburiyyəti, onlara borclu olduğum vəzifə yükü yandırır o sükutun işığı. Məni vaxtsız və yersiz yanan o işıq yorur. Saçımın ucundan dırnağımın dibinə qədər azad qala bilməmək məcburiyyətindən qaçıram. Yoxsa 70 yaşında da valideyn ola bilər orqanizm. Məsələn, Çarli Çaplinin sonuncu övladı doğulanda aktyorun 72 yaşı vardı.
Ümumiyyətlə, ətrafımın işığını söndürüb, öz qaranlığıma qapanmaq istəyəndə Çaplinin həyat fraqmentləri filmlərindəki səhnələrin sürətilə gözümün önümdən ötüb keçir.
Pritça danışmağı yaşımdan böyük insanları nağıllara inandırmaq cəhdi saysam da bu dəfə babalı Çaplinin boynuna...
Nəysə günlərin bir günü Çaplin metro ilə evə qayıdırmış. Axşam üstü pencəyini soyunanda, sağ cibinin ağır gəldiyini hiss edir. Əlini cibinə atıb qızıl saat çıxardır. "Yox... Bu mənim deyil axı..." Düşünə-düşünə elə həmin cibdə barmaqları yenidən gəzişməyə başlayır. Kağız parçası da tapır:
- Əziz Çarli, yanınızda dayanan cənabın qızıl cib saatını mən oğurlamışam. Sizə, sənətinizə olan məhəbbətim nəfsimə qalib gəldi. Saatı sizə hədiyyə edirəm, Çarli. Baxıb, məni xatırlayarsınız.
Çaplin məsum ədalətsizlikdən mütəəssir olur. Hətta oğru pərəstişkarının cinayətinə mərhəmətdən don da biçir.
Polis idarəsinə gəlib, əhvalatı danışır. Xahiş edir ki, saatın sahibi tez tapılsın, itən saatı özünə qaytarılsın.
Uzun sözün qısası- əşyanın sahibi tapılmır. Polis əməkdaşları saatı aktyora qaytarırlar. Məsələ burada da həllini tapır ...demək istərdim, amma davamı da var.
Bir neçə ay sonra Çaplinin ünvanına bağlama və məktub gəlir. Çarli bağlamanı açır. Həmin saatın qızıl boyunbağı, üstəlik eşq boyda əlyazma:
- Əzizim Çarli. Mən qızıl saatın sahibiyəm. Çox istərdim ki, bu dəyərli əyşam, üstəlik bu boyunbağım sizin olsun. Çünki, siz o oğru qədər mənim də sevimli aktyorumsunuz.
Odur ki, əziz dost, həyatın eşqlə cibinə tulladığı qızıl vaxtını özünə xərclə. Sahibini də axtarma, qanun qarşısına da çıxma.
Hə bir də o tək qalmaq, tənha qalmaq sevdandan da əlini üz. Bütün dünya səndən vaz keçsə belə içində sonsuz sayda yaşayıb səndən qidalanan bakteriya yaşayır.
Leyla Sarabi
-
Kriminal19:20Dəhşətli qətldə təqsirləndirilənin həyat yoldaşı məhkəmədə nəyi etiraf etdi?
-
Dünya17:30Ərdoğanın gizli planı: Tramp Netanyahuya qarşı hərəkətə keçdi
-
Rəsmi xronika16:02İlham Əliyev sərəncam imzaladı
-
MDB15:48Rusiya halvasında ağır metal aşkarlandı – Belarus geri qaytardı, Azərbaycanda da satılır
-
Nida Xəbər 15:28XİN-dən vətəndaşlara çağırış: Qara dənizdə təhlükə artır
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN














.jpg)


























