İlhamə Brilliantın mahnısını radiolardan yığışdırtdırır
Bizi izləyin

Magazin1

İlhamə Brilliantın mahnısını radiolardan yığışdırtdırır

İki xalq artisti İlhamə Quliyeva ilə Brilliant Dadaşova arasındakı mahnı qalmaqalı yeni mərhələyə qədəm qoyub. Belə ki, əvvəlcə mahnının başqasının ifasında səslənməsinə qadağa qoyan İ.Quliyeva qanun çərçivəsində bunun qarşısını ala bilməyəcəyini anlayaraq qeyri-qanuni yollara əl atıb. Publika.az “1news.az” saytına istinadən xəbər verir ki, İlhamə Quliyeva çıxış yolunu yerli radiostansiyaların rəhbərlərinə zəng etməkdə tapıb. O, Fikrət Əmirovun “Neyləmişəm” mahnısının Brilliant Dadaşovanın ifasında səsləndirilməməsini tələb edib. Bəzi radiostansiyalar İlhamə xanımın bu kaprizini qəbul edərək, Dadaşovanın mahnısını gündəlik efirindən və TOP 10-luqlardan çıxardıblar.


Xatırladaq ki, İlhamə Quliyeva həmin mahnını Fikrət Əmirovun məhz onun səsi üçün bəstələdiyini və heç kəsin həmin mahnını ifa etməyə haqqı olmadığını iddia edib. Lakin Brilliant Dadaşovanın onun iddialarına məhəl qoymadan mahnıya müraciət etməsi “primadonna”nı özündən çıxarıb. O, həmkarına və mahnının bəstəkarı Fikrət Əmirovun oğlu Cəmil Əmirova qarşı od püskürüb. Onları məhkəmə ilə hədələyib.


Abbas

Oxumağa davam et
Reklam
Reklam

Gündəm