Magazin1
Dünya şöhrətli Robert Sturuanın tamaşaları Musiqili Teatrda
Dünya şöhrətli, məşhur gürcü teatr rejissoru, SSRİ Xalq artisti Robert Sturuanın səhnələşdirdiyi tamaşalar Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev Publika.az-a açıqlamasında bildirib ki, tamaşaların nümayişi Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrının oktyabr ayında Azərbaycana qastrol səfəri çərçivəsində baş tutacaq. Oktyabrın 9-da Tamaz Çiladzenin “Ov mövsümü”, oktyabrın 11-də isə Terrens Maknellinin “Mariya Kallas – Dərs” tamaşaları azərbaycanlı sənətsevərlərə təqdim olunacaq: “Robert Sturua dünya səviyyəli bir rejissordur. Bizim teatrın istər Şota Rustaveli adına Tiflis Dövlət Dram Teatrı, istərsə də, Robert Sturua ilə sıx əlaqələri var. Belə bir ustad rejissorun tamaşalarının azərbaycanlı tamaşaçılara təqdim edilməsi çox sevindirici haldır. Qeyd edim ki, bu qastrol səfəri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi və Tiflis şəhər meriyasının təşkilati dəstəyi ilə baş tutacaq”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR