Ədalət çeçenlərə konsert verəcək
Bizi izləyin

Magazin1

Ədalət çeçenlərə konsert verəcək

Əməkdar artist Ədalət Şükürov konsertə hazırlaşır.

Müğənni Publika.az-a açıqlamasında deyib ki, o, Dağıstanın paytaxtı Mahaçqalada növbəti solo-konsert proqramı ilə çıxış edəcək:

“Dekabrın 28-də Mahaçqalanın “Jemçujina” konsert salonunda konsertimiz olacaq. Bu artıq ənənəvi hala çevrilib. Həm yeni ilin gəlişi, həm də Beynəlxalq Qadınlar günü münasibətilə hər il Dağıstanda konsert proqramı ilə çıxış edirəm”.

Müğənni artıq bu respublikada verdiyi konsertlərin sayını da itirib:

“15 ildir Dağıstanda konsertlərim olur. Elə olur, ildə 2-3 konsertim olur”.

Qeyd edək ki, Ədalət Şükürov bu il Dağıstanın “Xalq artisti” adına layiq görülüb.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm