Azərbaycanlı aparıcı bacısının ünvanına nələr yazdı?
Bizi izləyin

Magazin1

Azərbaycanlı aparıcı bacısının ünvanına nələr yazdı?

Məşhur aparıcı, şoumen və bir çox mahnıların müəllifi Murad Arif sosial şəbəkə vasitəsilə bacısı, tanınmış aparıcı Könül Arifqızını təbrik edib.

Publika.az xəbər verir ki, qardaşı bu gün doğum gününü qeyd edən bacısının ünvanına xoş sözlər yağdırıb:

“Bacım Könül, sən əxlaq, tərbiyə, mədəniyyət, kübarlıq, səviyyə, xarakter, intellekt, savad, nitq, gözəllik, zövq və peşəkarlıq nümunəsisən. Sadaladıqlarımdan başı çıxanlar bunu təsdiqləyər. Öz sahəsində bu keyfiyyətlərini üstələyən başqa biri də yoxdur. Həmişə demişəm, sənin arzuların mənim arzularımdır və bu gün də mənim üçün bayramdır. Ad günün mubarək, bacı”.

Qeyd edək ki, Könül Arifqızı ilk dəfə "Patefon" verlişində debüt edib. 2006-cı ilin martından “Bir mahnının tarixçəsi” verilişinin müəllifi və aparıcısıdır.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm