50-ci dəfə “Ər və arvad” oldular
Bizi izləyin

Magazin1

50-ci dəfə “Ər və arvad” oldular

Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyası yeni quruluşda 50-ci dəfə nümayiş olunacaq.

Publika.az xəbər verir ki, uzun müddətdir teatrın repertuarında olan tamaşanın yeni quruluşdakı 50-ci nümayişi noyabrın 21-də baş tutacaq.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrının əsası məhz “Ər və arvad” tamaşası ilə qoyulub. 1910-cu ilin mayında Hüseyn Ərəblinskinin quruluş verdiyi tamaşa ikinci dəfə Hüseynqulu Sarabskinin quruluşunda tamaşaçılara təqdim olunub. 1939-cu ildə rejissor Həsən Əliyevin, 1941-ci ildə Şəmsi Bədəlbəylinin quruluş verdiyi əsəri iki dəfə -1997 və 2010-cu illərdə rejissor Yusif Əkbərov səhnələşdirib. Y. Əkbərovun ikinci, hazırki quruluşunda olan tamaşanın premyerası 2010- cu ildə dahi Üzeyir Hacıbəylinin 125 və Azərbaycan Dövlət Musiqili Teatrının 100 illik yubileylərinə həsr olunub.

Qeyd edək ki, tamaşanın quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu-baletmeysterlər Yelena və Zakir Ağayevlərdir. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur. Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Gülcahan Salamova, Ağaxan Şərifov, Elxan İsmayılov və Fərid Rzayev ifa edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm