Müğənni dünya çempionu ilə “əlbəyaxa” oldu - FOTOLAR
Bizi izləyin

Magazin1

Müğənni dünya çempionu ilə “əlbəyaxa” oldu - FOTOLAR

“Qala” qrupunun rəhbəri, müğənni-bəstəkar Ceyhun Əliyev dünya və Avropa çempionu Anar Süleymanovla rinqə çıxıb.

Publika.az xəbər verir ki, boks əlcəyini geyinib meydana atılan müğənni dünya çempionuna məğlub olmamağa çalışıb. Hər bir insan üçün idmanı vacib hesab edən Ceyhun Əliyev bunun səbəblərindən danışıb:

“Mənə görə, “idmanı vaxtım olanda edirəm” fikri yanlışdır. İdmanı peşəkar treyninqlərin nəzarəti ilə etmək vacibdir. İdmana sırf arıqlamaq nöqteyi-nəzərdən baxmıram. Pəhrizimi saxlayıram. İdmanı həm fiziki güc toplamaq, həm də sağlamlıq və formada qalmaq üçün vacib hesab edirəm. Zənnimcə, kişi özünü lazım gəldiyi məqamlarda müdafiə etməyi bacarmalıdır. Bu nöqteyi-nəzərdən həftədə bir neçə dəfə idman zalına gəlib, dostum Anar Süleymanovla məşq edirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm